Cümə axşamı, 21 Avqust, 2025

PL/TMM şöbəsinin kiçik mütəxəssisi vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 4 Aprel, 2022 - 12:41
PL/TMM şöbəsinin kiçik mütəxəssisi vəzifəsi üzrə vakansiya

Bank Respublika ASC PL/TMM şöbəsinin kiçik mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Ümumi vəzifə öhdəlikləri:  

  • Müştəri əməliyyatlarının monitorinqinin aparılması, qeyri-adi və şübhəli əməliyyatların aşkar edilməsi, araşdırılması;
  • PL/TMM proqram təminatında müştəri profilinin və bank əməliyyatlarının təhlilinin aparılması;
  • PL/TMM proqram təminatında monitorinq təyinatlı “biznes ssenarilərin” yazılması;
  • Müxbir bank və digər maliyyə institutlarından rus və ingilis dillərində daxil olan sorğuların cavablandırılması, yazışmaların və şifahi danışıqlarının aparılması;
  • Müştəri hesablarının açılması zamanı Müştərini Tanı (KYC) prosedurlarının düzgün aparılmasına nəzarət edilməsi;
  • PL/TMM şöbənin fəaliyyətinə aid olan sahələr üzrə filiallara və bankdaxili digər strukturlara sorğuların göndərilməsi;
  • Filial, şöbə və bankın digər struktur bölmələrindən PL/TMM şöbəsinə daxil olan sorğuların cavablandırılması;
  • Şöbənin fəaliyyətinə dair nəzarət orqanları və rəhbərlik üçün müxtəlif hesabatların hazırlanması.
Namizədə qarşı tələblər:
  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
  • Komputer bilikləri: Microsoft Office (Outlook, Word, Excel, PowerPoint), Notepad++;
  • Bank fəaliyyətini tənzimləyən qanun və normativlər üzrə biliklər arzuolunandır;
  • Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Məsuliyyətlilik;
  • Təşəbbüskarlıq və novatorluq;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 aprel 2022-ci il tarixinədək, email-in mövzu hissəsində PL/TMM şöbəsinin kiçik mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 260
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 57
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7155
Sumqayıt Dövlət Univ...