“Plastik kartlarla əməliyyat şöbəsi, Kiçik mütəxəssis” vakansiyası

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Plastik kartlarla əməliyyat şöbəsi, Kiçik mütəxəssis” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Plastik kartlar_Kiçik mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərlər.

Plastik kartlarla əməliyyat şöbəsi / Kiçik mütəxəssis

Vəzifə öhdəlikləri:

• POS-terminalların quraşdırılması və testdən keçirilməsi;
• Quraşdırılmış POS-terminalların texniki dəstək və xidməti nəzarət;
• POS-terminalların qeydiyyatının aparılması və arxivləşmə;
• POS-terminalların İD lərin GNİ sistemə daxil edilməsi
• POS-terminala proqram təminatının yüklənməsi ,profilin yüklənməsi və açarların daxil edilməsi;
• POS-terminalların inventarizasiyası;
• Pin-zərflərin və plastik kartların embossinqi, filiallara göndərilməsi, aktların qeydiyyatının aparılması ;
• Plastik kartların zərflərə qablaşdırılması;
• Gündəlik Pin-zərflərin və plastik kartların çapının qeydiyyatı;
• Yararsız olan Pin-zərflərin və plastik kartların ləğv edilməsi.

Tələblər:

• Bankın dəyərlərinə uyğun işlərin təşkili;
• Ali və ya orta təhsil
• İş təcrübəsi tələb olunmur, amma arzu olunandır.
• Səmərəli ünsiyyət qurmaq bacarığı,
• Komanda ilə işləmə və qərar qəbul etmə qabiliyyəti,
• MS Office üzrə bilikər.

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
• Əmək qanunvericiliyinə uyğun iş şəraiti;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Bir cavab yazın

Back to top button