“Plastik tullantılara qarşı mübarizədə gənclərin rolunun artırılması” forumu keçiriləcək

“Plastik tullantılara qarşı mübarizədə gənclərin rolunun artırılması” forumu keçiriləcək Azərbaycan Könüllülər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Plastik tullantılara qarşı mübarizədə gənclərin rolunun artırılması” adlı yeni layihəyə start verir. Layihənin məqsədi: Gənclər arasında ekoloji maarifləndirmə işini genişləndirmək, gəncləri ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqla onları birgə fəaliyyətə həvəsləndirmək, gəncləri ətraf mühitin qayğısına qalmağa təşviq etməklə asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaq, həmçinin plastik tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə məlumatın artırılması, müvafiq olaraq plastik qabların istifadəsini azaltmaq və qarşısını almaq üçün praktiki yolların tapılması istiqamətində ekoloji tədbirlər keçirməkdən ibarətdir. Layihə öz işinə “Plastik tullantılara qarşı mübarizədə gənclərin rolunun artırılması” forumu ilə başlayacaqdır. Forum 29.04.2022-ci il tarixində "Park Inn by Radisson Baku" mehmanxanasında baş tutacaq. Forum Azərbaycanda plastik tullantılara qarşı birgə mübarizə aparmaq, ətraf mühitin təmizliyinə fikir verməklə ölkənin turizm potensialını daha da artırmaq məqsədilə hökumət və maraqlı tərəflər üçün platforma yaradacaq. Forumda iştirak etmək üçün aşağıda qeyd olunan link vasitəsilə ərizə formasını dolduraraq elektron şəkildə müraciət edə bilərsiniz. Müraciət edənlər e-mail və ya telefon vasitəsilə seçimlərin nəticələri haqqında məlumat əldə edəcəklər. Müraciət üçün son tarix: 27 aprel 2022-ci il saat 18:00 Ərizə forması: https://forms.gle/PM7FrsmpX36xuo6d9 Əlaqə vasitəsi: E-mail: [email protected] Tel: 050 391 15 21
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az