Poliqrafiya Dizaynı üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı
Vision Academy tərəfindən təşkil olunan 4 aylıq Poliqrafiya Dizayner üzrə Təlim Təcrübə Proqramına qeydiyyat davam edir.
1) Kimlər müraciət edə bilər?
- Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər.
- Yaş həddi: 21-35.
- Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.
- Orta və ya ali təhsilli öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
- Poliqrafiya dizaynına marağı olan və praktiki bacarıq qazanmaq istəyənlər.
- Dizayn, qrafika və əlaqəli sahələrdə təhsil alan və ya yeni məzunlar.
- Adobe dizayn proqramlarını öyrənmək arzusunda olan şəxslər.
- Karyerasını poliqrafiya dizaynı sahəsində qurmaq istəyənlər.
2) Təcrübə Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:
A. Poliqrafiya Dizaynının Əsasları:
- Poliqrafiya materialları və çap növləri.
- Dizayn elementləri və çap texnikalarına uyğun hazırlanması.
- Rəng idarəetməsi və çap üçün hazırlanma standartları.
- Formatlama və sənədin çap üçün hazırlanması.
B. Dizayn Proqramları və Texnologiyaları:
- Adobe Photoshop, Illustrator və InDesign proqramlarının tətbiqi.
- Layihələrin hazırlanması və redaktəsi.
- Poliqrafiya üçün spesifik dizayn texnikaları.
- Faylların çap üçün düzgün formatda təqdim olunması.
C. Praktiki İşlər və Layihələrin Hazırlanması:
- Real poliqrafiya layihələri üzərində iş.
- Brendinq və çap məhsullarının dizaynı.
- Portfolionun tərtibi və təqdimatı.
- Mentor dəstəyi və geribildirim.
3) Bu Proqram Sizə Nələri Qazandıracaq?
- Təlim təcrübə proqramı tam ödənişsizdir.
- Təlim təcrübə proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
- Təlim təcrübə proqramı 4 ay davam edəcək.
- Təlim təcrübə proqramı hər gün 4 saat həftədə 5 dəfə olmaqla, ümumilikdə 320 saat olacaq.
- 4 aylıq təlim təcrübə proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
- Praktiki Təcrübə – Çap üçün dizayn layihələri üzərində iş imkanı.
- Fərdi Mentor Dəstəyi – Təcrübəli poliqrafiya dizaynerlərindən rəhbərlik.
- Portfolio Yaradılması – Karyera üçün vacib sənədin hazırlanması.
- Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
- Sertifikat – Proqramı tamamlayanlara sertifikat təqdim olunur.
- Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.
Qeydiyyat üçün linkə daxil olaraq forumu doldura bilərsiniz:
https://forms.gle/tZV1Z7V5CRnZQvYi8
Şirkət: Vision Academy
Ünvan: Bakı şəh. Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.
Veb sayt: www.visionacademy.az
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb