Cümə axşamı, 21 Avqust, 2025

“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb


  • Dərc edildi: 11 Noyabr, 2021 - 15:59
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb

“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb

Təhsil Nazirliyi və “Edumedia” şirkətinin birgə təşkilatçılığı ilə “PolyUp” Azərbaycan müsabiqəsi keçiriləcək.   “PolyUp” Stenford Universitetinin professorları tərəfindən təsis olunmuş süni zəka üzərində işləyən onlayn platforma və riyazi 3D simulyasiya mühitidir. Şagirdlər platformada təşkil olunan müsabiqədə iştirak etməklə, dayanıqlı enerji, süni zəka, kriptoqrafiya tətbiqlərində robot texnologiyaları, mühəndisliyi, riyaziyyatı və digər müxtəlif sahələri kəşf edəcək, eləcə də, yaradıcılıq bacarıqlarını nümayiş etdirəcəklər.   IV-XI sinif şagirdləri üçün təşkil olunan müsabiqənin cari il üzrə mövzusu “Tullantıların təkrar emalının idarə edilməsi” adlanır. Şagirdlər platformada mövzu üzrə sinif səviyyələrinə uyğun müxtəlif tapşırıqları yerinə yetirməli və “Poly” xallar toplamalıdırlar. Müsabiqənin sonunda ən çox xal toplayan şagirdlər qalib elan olunacaq və keçiriləcək “PolyFest” tədbirində dəyərli hədiyyələrlə təltif olunacaqlar.   Müsabiqə haqqında daha ətraflı məlumat almaq üçünhttps://az.polychallenge.org/internet səhifəsinə müraciət etmək mümkündür.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 260
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 57
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7155
Sumqayıt Dövlət Univ...