Portal Təcrübəçi vəzifəsinə işçi qəbulunu elan edir

Banco.az portalı “Analitik”(Təcrübəçi) vəzifəsinə işçi qəbulunu elan edir.

Vəzifələr: 

İşçinin əsas vəzifəsi gündəlik olaraq  banklara, iqtisadiyyata və maliyəyə aid araşdırma, analitik, maarifləndirici məqalələrin yazılmasından, ekspertlərdən, bank işçilərindən müsahibələrin götürülməsindən ibarət olacaqdır. Bu vəzifə üzrə iqtisadiyyat, maliyyə, jurnalistika ixtisası üzrə təhsil alanlar və ya bitirmişlərin müraciəti daha məqsədəuyğundur.

Namizədlər üçün tələblər: 

  • Ali təhsil
  • İqtisadiyyat, Maliyyə, Marketinq və ya Jurnalistika fakultəsini bitirmiş şəxslər
  • Analitik düşünmə qabiliyyəti
  • 20-27 yaş arası
  • Azərbaycan dili səlist və Rus dili minimum orta səviyyədə
  • İnternet və sosial şəbəkələrdən aktiv istifadə etməsi
  • Təcrübə və iş stajlı vacib deyil, amma bu göstəricilər olanlara üstünlük veriləcək

Təcrübə müddətində xərclərin qarşılanması məqsədilə məvacib ayrılacaqdır.

İş saatı : yarım iş günü

Əgər vakansiya Sizi maraqlandırırsa, email vasitəsilə vakansiyanın adını qeyd etməklə və CV-nizi göndərməklə müraciət edin. 3-cü və 4-cü kurs tələbələr müraciət edə bilərlər.

Email ünvanı : [email protected]

Son müraciət:
bazar, May 15, 2016

Bir cavab yazın

Back to top button
Close