29 Oktyabr 13:46

Portfoliolara Baxış Həftəsi / Portfolio Review Week

Əziz gənc sənətkarlar!

YARAT Müasir İncəsənət Məkanı hər-hansı incəsənət sahəsində səy göstərən bütün sənətkarları böyük məmnuniyyətlə Portfoliolara Baxış Həftəsində iştirak etməyə dəvət edir. Baxış əsnasında Siz yaradıcılıq portfolionuzu təqdim etmək fürsəti, eləcə də gələcək layihələrinizi YARAT-ın bədii və strateji məsələlər üzrə direktoru Byörn Geldhof ilə müzakirə etmək imkanı qazanacaqsınız.

Bizə qoşulun və ideyalarınızı, nəyin üzərində çalışdığınızı və arzularınızı paylaşın!

Müraciətlər 9 noyabr 2015-ci il tarixinə kimi qəbul olunur.
Tam adınızı, yaşınızı və əlaqə nömrənizi, məlumatı edumap.az saytını yazmaqla lütfən bu ünvana göndərin: [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)