12 Aprel 19:21

PR Akademiyaya qəbul seminarı keçiriləcək

Ödənişsiz PR menecment (təbliğat, sosial şəbəkələrdə tanıtım, təqdimat tədbirlərinin təşkili və.s) kursunda təhsil almaq, kursu bitirdikdən sonra isə işlə təmin olunmaq istəyirsinizmi??? 16 aprel saat 14:00 da Bakı Slavyan Universitetində PR Akademiyaya 2016-cı il üzrə qəbul seminarı keçiriləcəkdir. Seminarda iştirak edənlər CV-ləri dolduraraq sənəd verəcəklər. CV-lər PR Akademiya tərəfindən hazır təqdim olunacaq. Heç bir sənəd tələb olunmur və yaş, təhsil məhdudiyyəti yoxdur. PR Akademiya 2 qəbul seminarının qonaqları: Murad Dadaşov – İş adamı, tanınmış şoumen. M Group şirkətlər qrupunun rəhbəri Şahin İsmayılov – Millət Vəkili. Azərbaycan Tələbə və Gənclər Təşkilatları İttifaqının sədri. Kaan Tetik – Türkiyədən xüsusi dəvət edilmiş PR menecment üzrə ekspert Mütəllim Alişanov – İş adamı, ölkəmizdə restoran və əyləncə biznesinin inkişafında böyük rolu olan mütəxəssis, Energy Club, Electra Events Hall-ın general manageri Nuranə Ağazadə – #PRakademiya layihəsinin və PR şirkətinin rəhbəri olacaqlar. İştirak etmək istəyənlər 055 480 67 81 – PR Akademiyanın rəsmi əlaqə nömrəsinin watsapına Ad Soy adlarını yazıb gələcəklərini bildirə və ya [email protected] emailinə Ad Soy ad və əlaqə nömrələrini yazaraq qeydiyyatdan keçə bilərlər. Tələsin. Yerlər məhduddur.

Bəyən və paylaş

Rəylər

rəy(lər)