8 Yanvar 20:17

PR İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis vakansiyası

PR İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis

Vəzifələr:

• Şirkətin fəaliyyəti və məhsulları haqqında müxtəlif formatda PR (reklam, xəbərlər) mətnlərin, məqalələrin yazılması və tərcümə edilməsi (azərbaycan, rus dillərinə);

• PR mətnlərin KİV-də və sosial mediada yerləşdirilməsinə nəzarət olunması, media hesabatların hazırlanması;

• Bazarda tanıtım məqsədi ilə şəbəkə məhsullarının və yerinə yetirilən xidmətlərin reklamı üçün ideyalar təklif etmək;

• Şirkət brendinin və təqdim etdiyi məhsulların tanıdılması ilə bağlı müxtəlif PR aksiya və kampaniyaların təşkilində iştirak;

• Brendin nüfuzunun formalaşmasında, nüfuzun saxlanması və müdafiəsi;

• Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz edilməsi;

• Korporativ tədbirlərin təşkilində iştirak.

Tələblər:

• İctimaiyyətlə Əlaqələr, jurnalistika və ya marketinq sahəsində 1 ildən az olmayan iş təcrübəsi;

• Orfoqrafik yazı qaydalarını mükəmməl bilməli;

• Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti;

• Dil bilikləri: Azərbaycan və rus dillərində mükəmməl səviyyədə yazılı və şifahi ünsiyyət qurma bacarığı;

• Kollektivdə çalışmaq qabiliyyəti.

Qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis Edumap.az” qeyd edərək elektron ünvanına göndərməyiniz xahiş olunur.

Bəyən və paylaş