Praktiki hüquqşünaslıq vərdişləri əldə etmək və təcrübə qazanmaq istəyən tələbələrin diqqətinə

Əziz hüquq tələbələri:
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin Ədliyyə Akademiyası ilə birgə Hüquq klinikasına ərizələrin qəbulunu elan
edir. Praktiki hüquqşünaslıq vərdişləri əldə etmək və təcrübə qazanmaq istəyən
tələbələr müraciət edə bilər.
Hüquq klinikasının əsas məqsədi hüquq fakültəsinin tələbələrinə (bakalavr və magistr
tələbələri, həmçinin son iki ilin məzunları) praktik hüquq vərdişlərini aşılamaq və əhalinin
sosial cəhətdən zəif təbəqəsinə pulsuz hüquqi yardım göstərməkdir.
Bu məqsədlə, seçilmiş tələbələr 2020-ci ilin oktyabr ayında Ədliyyə Akademiyası
nəzdində 1 aylıq hüquqi kliniki təhsil kursunu uğurla başa vurduqdan sonra Ədliyyə
Akademiyasının hüquq klinikasında vəkillərin nəzarəti altında əhalinin aztəminatlı
təbəqələrinə pulsuz hüquqi yardım göstərərək, peşə bacarıqları (müştəri ilə müsahibə,
məsləhət vermə, işin təhlili, hüquqi sənədlərin tərtib edilməsi, iddia ərizələrinin,
apellyasiya və kassasiya şikayətlərinin, Avropa İnsan Hüquqları Məhkəməsinə ərizələrin
yazılması) əldə edəcəklər.
Proqramı uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunacaq.
Layihədə iştirak etmək arzusunda olan tələbələr CV-lərini və yaxud əlavə olunmuş
fayldakı anket formasını doldurub 01 oktyabr 2020-ci ilə qədər [email protected] e-mail ünvanına göndərə bilərlər.
Proqrama seçilmiş tələbələrin siyahısı e-mail vasitəsilə açıqlanacaq.
Ətraflı məlumat üçün [email protected] e-mail ünvanına yaza və ya +994554868410 mobil nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Klinikada təşkilati məsələlər üzrə köməkçi: Tofiq Şəhniyarov

Bir cavab yazın

Back to top button