Problemli Aktivlərin İdarə Olunması və Hüquqi Tənzimlənməsi Departamenti üçün təcrübəçi

Problemli Aktivlərin İdarə Olunması və Hüquqi Tənzimlənməsi Departamenti üçün təcrübəçi

Təcrübə müddətində əldə edəcəyiniz peşəkar bilik və təcrübə:

 Problemli kreditlər üzrə kredit dosyelərinin filialardan  müəyyən edilmiş qaydalar çərçivəsində qəbul edilməsi qaydaları;

 Qəbul edilmiş kredit dosyelərinin departament daxilində aidiyyatı üzrə əməkdaşlara təhvil verilməsi;
 Qəbul edilmiş kredit dosyelərinin arxivləşdirilməsi, arxivdə saxlanılması, qeydiyyatının aparılması, onların tam şəkildə qorunması və itirilməsinin qarşısının alınması formaları;
 Struktur bölmələrlə (filiallar, departamentlər və s.) koordinasiyanın və sənəd dövriyyəsinin aparılması.

Namizədə qarşı tələblər:

 Ali təhsilinin olması;
 Yüksək ünsiyyət qabiliyyətinin olması;
• Stres altında işləməyi bacarmalı;
 Azərbaycan dillərində mükəmməl səviyyədə danışıq və yazı bacarığının olması;
 Yönləndirilən suallara dolğun və səlis cavab vermək bacarığının olması;
 Məlumatlandırma, detallara diqqət, peşəkarlıq və yüksək təzyiq altında işləmək bacarığının olması;
 Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;

Göstərilən tələblərə cavab verən namizədlər 16 noyabr 2015-ci il tarixinədək öz CV-lərini[email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Problemli Aktivlərin İdarə Olunması və Hüquqi Tənzimlənməsi Departamenti – Təcrübəçi mütəxəssis, edumap.az” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

 

Bəyən və paylaş

Rəylər

rəy(lər)