“Problemli kreditlərin hüquqi təqib departamenti rəhbəri” vəzifəsi üzrə vakansiya

İrşadda “Problemli kreditlərin hüquqi təqib departamenti rəhbəri” vəzifəsi üzrə vakansiya elan edilir!
Hazır CV formasını [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.

İş haqqında məlumat:
– İş yeri: “İrşad Electronics” MMC-Baş ofis
– İş qrafiki: Həftədə 6 gün iş, 1 gün istirahət
– İşə qəbul: AR Əmək Məcəlləsinə əsasən sənədləşmə aparılır
– Əməkhaqqı: məvacib+bonus=3500+
– Tələblər:
– Yaş: 27-45 arası
– Cinsi: Kişi
– Azərbaycan və rus dillərini səlis bilməli,ingilis dilini bilməsi arzu olunandır
– Hüquqi ali təhsil
– Bu sahə üzrə rəhbər vəzifədə ən azı 5 il təcrübə
– Komandada işləmək bacarığı
– Mülki hüquq sahəsini mükəmməl bilmək, xüsusilə də kredit və kredit təşkilatı haqqında qanunvericiliyi
– Hüququ sənədləşməni tərtib etmək
– Mükəmməl kommunikasiya qabiliyyəti
– İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
-Məxfilik, dəqiqlik, təhliletmə qabiliyyəti
– Vaxtın düzgün idarəedilməsi qabiliyyəti
Vəzifə öhdəlikləri:

– İcra orqanlarında və şöbənin icraatında olan işlərin xüsusiyyətindən asılı olaraq digər idarə və təşkilatlarla münasibətlərdə şirkəti təmsil etməyi təmin etmək;

– Məhkəmə mubahisələrinin hüquqi nöqteyi nəzərdən həll edilməsi üçün tədbirlər görmək (iddia ərizəsi, apellyasiya və kassasiya şikayəti hazırlamaq və s.)
-Apellyasiya şikayətlərini və apellyasiya instansiyasında digər şikayət və ərizələri hazırlayıb aidiyyatı üzrə göndərmək
-İcra orqanları ilə əlaqəli olaraq borclunun iş yerinin müəyyən edilməsini təmin etmək
-İcra təqibi qərarlarının vaxtında alınmasını və aidiyyatı struktura təqdim edilməsini təmin etmək
☎️ *0171

Related Articles