Bazar ertəsi, 25 Avqust, 2025

“Prodrive” peşəkar sürücülük məktəbi sürücülük təlimlərinə qeydiyyat elan edir


  • Dərc edildi: 17 Noyabr, 2021 - 11:59
“Prodrive” peşəkar sürücülük məktəbi sürücülük təlimlərinə qeydiyyat elan edir

Təlim sürücülük sahəsində 25 ildən çox tədris təcrübəsinə malik olan Mərkəzin nəzdində fəaliyyət göstərən Abşeron Binə Peşə Liseyi və 6 nömrəli Bakı Peşə Məktəbində həm nəzəri, həm də praktiki biliklər əsasında təşkil olunacaq. Proqram əsasında aparılan nəzəri dərslərin ənənəvi və onlayn formada həftədə 3 dəfə olmaqla tədris olunması nəzərdə tutulur. Avtomobil sürmə üzrə praktiki dərslər Mərkəzin hər iki korpusunun xüsusi avtodromlarında mexaniki və avtomatik sürət qutusuna malik avtomobillərdən istifadə edilməklə təşkil edilir. Bundan əlavə peşə təhsil müəssisəsinin müasir avtotrenajor kompleksində yer alan simulyatorlar da təlimə qatılanların istifadəsində olacaqdır. Təlimlər ödənişli əsaslarla həyata keçiriləcəkdir. Nəzəri təlim kursunu uğurla bitirən iştirakçılara Dövlət Yol Polisinin qeydiyyat-imtahan mərkəzlərində sürücülük vəsiqəsinin alınması imtahanına təqdim etmək üçün Təhsil Naziriliyindən şəhadətnamə veriləcək. Təlimlərə qeydiyyat 17 noyabr 2021-ci il tarixindən başlanılır. Təlimlərə qatılmaq üçünwww.prodrive.azveb səhifəsi üzərindən qeydiyyatdan keçmək tələb olunur.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 493
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 97
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7376
Sumqayıt Dövlət Univ...