Çərşənbə axşamı, 3 İyun, 2025

“ProjectMan” layihəsinə start verilir


  • Dərc edildi: 1 Mart, 2022 - 11:36
“ProjectMan” layihəsinə start verilir

“ProjectMan” layihəsinə start verilir. Azərbaycan Gənclər Fondunun və Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) dəstəyi ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən “ProjectMan” layihəsi həyata keçirilir. Layihənin əsas məqsədi gənclərin layihə yazılması və idarə edilməsi sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsinə xidmət etməkdir. Layihə çərçivəsində gənclər üçün 8 gün davam edən interaktiv təlim proqramı həyata keçiriləcək. 4-11 mart tarixlərində baş tutacaq təlimlərin əsas mövzuları arasında “Yerli və beynəlxalq standartlara uyğun formada layihələrin yazılması”, “İdarəetmə bacarığının formalaşdırılması”, “Komanda işinin təşkili”, “Böhran vəziyyətinin idarə edilməsi” və s. mövzular yer alır. Bundan əlavə, layihə çərçivəsində gənclər araşdırma bacarığı, kommunikasiya qurmaq bacarığı, donorlarla işləmə etiketləri və bir sıra digər önəmli bacarıqlara yiyələnəcəklər. “ProjectMan” layihəsinə 18-29 yaş aralığındakı 20 fəal gənc seçiləcək. Layihədə iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://forms.gle/Gp16n3WvbEr6vSjJ7 Layihəyə müraciət üçün son tarix 2 mart saat 18:00-dır. __________________________________________________________________________________________________________

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 34
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 150
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 149
Lisey və gimnaziyala...