21 Aprel 15:35

“Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” I respublika konfransı keçiriləcək

17 may 2017-ci il tarixində AMEA Rəyasət Heyəti, AR Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” I respublika konfransı keçiriləcək.

Tədbirdə iştirak edəcək şəxslərin burada qeydiyyatdan keçməsi vacibdir.

Konfransın əsas istiqamətləri: 

I. Proqram mühəndisliyinin elmi-nəzəri problemləri

II. Proqram mühəndisliyinin tədrisinin problemləri

III. Proqram mühəndisliyinin tətbiqi problemləri

Konfransın mövzuları:

– proqram təminatının keyfiyyətinin idarə olunması;

– proqram təminatının təhlükəsizliyi və etibarlılığı;

– proqram mühəndisliyinin sosial-iqtisadi aspektləri;

– veb-proqramlaşdırma texnologiyaları;

– proqram mühəndisliyi və bulud texnologiyaları;

– superkompüter və Big Data texnologiyalarında proqram mühəndisliyi;

– proqram mühəndisliyi və Əşyaların İnterneti;

– proqram mühəndisliyi və süni intellekt;

– proqram mühəndisliyinin tədrisi üzrə dünya təcrübəsi;

– Azərbaycanda proqram mühəndisliyinin tədrisinin müasir vəziyyəti;

– təkamül proqramlaşdırma;

– proqram təminatına qoyulan tələblər, layihələndirmə və resursların idarə edilməsi;

– proqram təminatının verifikasiyası, validasiyası və sınağı;

– proqram təminatının müşayiət edilməsi və monitorinqi;

– proqram məhsullarının standartları və sertifikatlaşdırılması;

– proqram mühəndislərinin hüquqi və etik problemləri.

Məruzələrin tərtibatına dair tələblər: 

Konfransa onun istiqamətlərinə uyğun, aktual elmi-praktiki problemlərə həsr olunmuş materiallar qəbul olunur. Məruzənin həcmi 4 səhifədən (cədvəl, şəkil və ədəbiyyat daxil olmaqla) artıq olmamalıdır.

Məruzə elektron şəkildə ([email protected], [email protected]) ünvanlarına göndərilməlidir.

Məruzədə məsələnin aktuallığı, qoyuluşu və onun həlli yolları, əldə olunmuş nəticələrin elmi- praktiki əhəmiyyəti əks olunmalıdır. Məruzənin formatı IEEE standartına uyğun olmalıdır. Faylın yaradılması üçün Sample_IEEE.doc şablonundan istifadə edilməlidir. Düsturlar Microsoft Equation redaktorunda (standart parametrlər ilə) yığılmalıdır. Məqalənin sonunda məruzənin adı, müəllif(lər)in soyadı və xülasəsi ingilis dilində əlavə edilməlidir. Məruzəçilər MS PowerPoint redaktorunda “On-screen Show” (“Ekran”) formatında slaydlar hazırlamalıdırlar. Məruzəni konfransın işçi dillərindən (Azərbaycan, ingilis və rus) birində təqdim etmək olar.

Şablonu yükləmək olar: Sample_IEEE (eng).doc.

Sample_IEEE.doc şablonunun Azərbaycan dilinə tərcüməsi: Sample_IEEE(aze).doc.

Mühüm tarixlər:

30 aprel 2017 – Məruzələrin təqdim edilməsi üçün son tarix;

10 may 2017 – Məruzələrin ekspertizasının nəticələri haqqında müəlliflərin məlumatlandırılması tarixi;

17 may 2017 – Konfransın iş günü.

Əlaqə: 

Ünvan: AZ1141, Bakı şəhəri, B. Vahabzadə küçəsi, 9A. (AMEA İnformasiya Texnologiyaları İnstitutu)

Tel: (+994 12) 539-90-16; 539-87-19; 538-71-09

E-poçt: [email protected][email protected]

Faks: (994 12) 539-61-21

Bəyən və paylaş

Rəylər

rəy(lər)