Proqram təminatı mühəndisliyi( How to become Software engineer)

Xanımlar və bəylər,
möhtəşəm bir xəbər ilə qarşınızdayıq.
“Women in engineering” qrupu olaraq ilk tədbirimizi Baku İdea Lab-ın dəstəyi ilə sizə təqdim edirik.

Gülnar Nəcəfova İsveçrədə qazandığı təcrübədən tutmuş Amerikada GHC(Grace Hooper Conference)
scholarship-ə qədər dəyərli məsləhətlərini sizinlə bölüşəcək.
Bu tədbirdə siz nələri öyrənəcəksiniz?
– Universitet illəri. Nə qazandım? Bugünki Gülnarın İT aləminə başlanğıcı.
– Azercell-də iş təcrübəsi. Nələr öyrəndim və ya niyə iş təcrübəsi qazanmaq önəmlidir?
– EPFL-ə gedən yol. İsveçrədən qazandıqlarım.
– “Grace Hooper Conference” təqaüdündən incilər. Amerika

Gülnar Nəcəfova bakalavr təhsilini “Kompüter elmləri” ixtisas üzrə Bakı Dövlət Universitetində başa
çatdırıb və daha sonra yenidən həmin ixtisas üzrə magistr təhsili alıb.
Developer kimi ilk işinə “Azercell” şirkətində başlayır.
Daha sonra 2019-cu ildə İsveçrədə keçirilən EPFL yay təqaüd prqramını qazanmışdır.
“Grace Hooper” konfransında iştirakı etmək üçün təqaüd qazanmışdır. (sentyabr, 2019-cu il)
Hal-hazırda, “Sumaks Technologies” şirkətində “Pyhton/Django” developer olaraq çalışır.

Bu uzun və sonsuz mühəndislik yolunda, siz də çiçəklənməyə çalışan bir qönçəsinizsə, bu tədbir
ruhunuza günəş kimi şəfəq saçacaq.

Qeyd: Tədbirdə qeydiyyatdan keçmiş hər kəs cinsindən asılı olmayaraq iştirak edə bilər. 🙂
Yerlər məhduddur. Qeydiyyatdan keçməyə tələsin.

https://forms.gle/X72oEmQZKHU1KUL9A

29 fevral 11:00

Baku IdeaLab

Jafar Jabbarly 44, Caspian Plaza III, floor 3, Bakü

Bir cavab yazın

Back to top button