Proqram təminatı şöbəsində mütəxəssis (Sistem admini) vakansiyası

“Bank Respublika” ASC İnformasiya Texnologiyalarına Dəstək Departamentinin Proqram təminatı şöbəsinə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Artıq 29 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik. Ümumi vəzifə öhdəlikləri:
  • Sistem inzibatçılığı üzrə vəzifənin icrası;
  • Əsas və rezerv saytlarda avadanlıqların quraşdırılması, qurğularda yaranmış proqram və avadanlıq nasazlıqlarının aradan qaldırılması.
Namizədə qarşı tələblər:
  • Ali təhsil (aidiyyatı sahə üzrə);
  • Aidiyyatı sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Server tipli proqram təminatının quraşdırılması, sazlanması və dəstəklənməsi üzrə geniş biliklər və iş təcrübəsi;
  • Linux ƏS-ri (RHEL, Centos, Ubuntu);
  • Microsoft Windows Server, Microsoft AD, GPO, DNS, DHCP, DFS;
  • VMware və Nutanix AHV sistemləri üzrə geniş administrasiya bilikləri və iş təcrübəsi;
  • Ehtiyat sistemlərinin administrasiyası (Netbackup, BackupExec);
  • LAN və başqa şəbəkə texnologiyaları üzrə geniş biliklər və iş təcrübəsi;
  • Server avadanlığının təmiri və montajı;
  • Passiv, aktiv şəbəkə və server avadanlıqları ilə bağlı başqa avadanlığın montajı;
  • Proqram təminatının işində va şəbəkədə nasazlıqların axtarışı və aradan qaldırılması üzrə bacarıqlar;
  • Kəsintisiz enerji təchizatı və soyutma sistemləri üzrə biliklər və iş təcrübəsi;
  • Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis dili (texniki səviyyə);
  • Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Sizə nə təklif edirik?  
  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.
  Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19 noyabr 2021-ci il tarixinədək email-in mövzu hissəsində “Proqram təminatı şöbəsinə mütəxəssis (Sistem admini)” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər.       Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az