Psixoloq və sosial işçilər üçün vakansiya

Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ortaq layihəsi çərçivəsində psixoloq və sosial işçilər işə götürülür. Aİ-nin maliyyələşdirdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində ÜST psixi sağlamlıq sahəsinin gücləndirilməsində Azərbaycana dəstək olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Sosial Xidmətlər agentliyi ilə əməkdaşlığa davam edir. Bu əməkdaşlıq çərçivəsində psixi sağlamlıq üzrə uzunmüddətli stasionar xidmət göstərən müəssisələrdə psixoloqlar və sosial işçilər fəaliyyətə başlayacaq. Mütəxəssislər 1 saylı Respublika Psixiatriya Xəstəxanası (Maştağa qəsəbəsi) və 1 Saylı Psixonevroloji Sosial Xidmət müəssisəsində (Buzovna qəsəbəsi) fəaliyyət göstərəcək. Qeyd edilən vakansiyalara müraciət etmək üçün CV və motivasiya məktubunuzu🔹🔹[email protected]🔹🔹elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. 📍Vəzifə: Klinik psixoloq (3 vakansiya) Müddət: 8 ay İş təcrübəsi: Psixi sağlamlıq sahəsində ən azı 1 il klinik psixoloq kimi iş təcrübəsi 🗓Müraciət üçün son tarix: 22 iyul 2021-ci il Öhdəliklər: 🔹Psixoloji maarifləndirmə; 🔹Psixoloji konsultasiyanın aparılması; 🔹İlkin psixoloji yardımın göstərilməsi; 🔹Psixoloji müayinənin (diaqnostika) aparılması; 🔹Psixoloji metodlardan istifadə edərək psixi pozuntuların müalicəsi (individual, qrup); 🔹Psixoloji reabilitasiya və psixoloji korreksiya prosessində iştirak; 🔹Psixoloji testlər vasitəsi ilə psixi (zehni, emosional, davranış) və (və ya) interpersonal pozuntuların, psixoloji tələbatların və ya problemlərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi; 🔹Multidissiplinar komandada iş; 🔹Müalicə planın tərtib edilməsində iştirak; 🔹Klinik hesabatın tərtib edilməsi. 📍Vəzifə: Sosial işçi (3 vakansiya) Müddət: 8 ay İş təcrübəsi: Əlilliyi olan insanlarla, xüsusi ilə psixi sağlamlıq sahəsində ən azı 1 il sosial işçi kimi iş təcrübəsi 🗓Müraciət üçün son tarix: 22 iyul 2021-ci il Öhdəliklər: 🔹Benefisiarların fərdi qiymətləndirməsini; 🔹Fərdi qiymətləndirmənin nəticəsinə uyğun olaraq fərdi planın tərtibi; 🔹Fərdi planın hətaya keçirilməsinə rəhbərlik; 🔹Qiymətləndirmə və fərdi plana multidisiplinar komandanın cəlb edilməsi; 🔹Benefisiarların sosiallaşmasını təmin etmək üçün sosial tədbirlərin təşkili; 🔹Benefisiarların cəmiyyətə inteqrasiya etmək üçün tədbirlərin görülməsi; 🔹Benefisarlara ilkin psixo-sosial dəstəyin göstərilməsi; 🔹Benefisiarlar və onların ailələri ilə sosial konsultasiyaların keçirilməsi; 🔹Benefisiarlar ilə ailələrinin əlaqələrinin gücləndirməsi; 🔹Benefisiarların əlilliyinin, müavinətlərinin təyin olunması üçün lazım olan sənədləşmə işlərinin aparılması, müvafiq orqanlarda benefisiarın təmsil edilməsi; 🔹Digər müvafiq müəssələrlə əlaqərin yaradılması və ehtiyac olduğu halda benefisiarların həmin müəssisələrə yönləndirilməsi; 🔹Benefisiarın peşə bacarıqlarının qiymətləndirib uyğun peşəyə yönləndirməsi. Bununla yanaşı, Aİ-ÜST layihəsi çərçivəsində işə götürülən psixoloqlar və sosial işçilər təyin edildikləri tibbi mərkəzlərdə çalışan əməkdaşlara da psixososial yardım görsədəcəklər.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az