25 İyun 15:10

PSİXOLOQLAR ÜÇÜN İNKİŞAF VƏ İŞ İMKANI

PSİXOLOQLAR ÜÇÜN İNKİŞAF VƏ İŞ İMKANI.

 

“Psycho Lab” Psixoloqların İnkişafı Proqramı Elanı

“Preschool Academy” Təlim Mərkəzi uşaq inkişafı sahəsində çalışan psixoloqların və bu sahədə karyerasını qurmaq istəyənlərin bilik, bacarıq və vərdişlərinin inkişafı məqsədilə “Psycho Lab” Psixoloqların İnkişafı Proqramını həyata keçirir.

Proqram bir ay akademik öyrənmə prosesi, digər ay da təcrübə prosesi daxil olmaqla, 2 ay davam edəcək. Proqrama 8 praktiki seminar və 8 təlimdə iştirak, 5 özəl uşaq bağçasında 5 qrup məşğələsində iştirak və 5 uşaqla seans keçirmək nəzərdə tutulub.

Proqram Kimlərə yönəlib?

1.Məktəbəqədər təhsil müəssələrində fəaliyyət göstərən psixoloq və psixoloq-pedaqoqlara;

  1. Uşaq psixoloqlarına.

Proqrama Nələr  Daxildir?

  1. Psixoloq fəaliyyətinin mərtəbəqədər təhsil müəssəsində məqsədləri, vəzifələri və prinsipləri.
  2. Uşaq inkişafının psixoloji nəzəriyyələri.
  3. Azərbaycan Respublikasının Psixoloji Xidmət və Psixoloq fəaliyyətini tənzimləyən qanunlar və hüquqi aktlar.
  4. Məktəbəqədər Təhsil Müəssisəsi psixoloqunun valideyinlərlə  işi.
  5. Məktəbəqədər təhsil müəssisənin kollektivi ilə iş (praktiki məşğələ).
  6. Erkən yaş dövrünün (1-3) psixoloji xüsusiyyətləri.
  7. Məktəbəqədər yaş dövrünün (3-7) psixoloji xüsusiyyətləri.
  8. Məktəbəqədər yaş dövründə tez-tez rastlaşan psixoloji pozuntular (DƏHS –diqqət əksikliyi və hiperaktivlik sindromu, aqressiya, utancaqlıq, autistik spektr pozuntuları, psixi inkişafın ləngiməsi)
  9. Məktəbəqədər inkişaf dövründə özəl hallarda rastlaşan çətinliklər : verbalizm, oğurluq, yalançılıq, onanizm, fəaliyyətdən yayınma.
  10. Psixoloji dəyərləndirmə (müayyinə) : məqsəd, vəzifə və prinsipi.
  11. Dəyərləndirmə üsulları və onların təsnifatı.
  12. İntellektual sahənin diaqnostikası. (Raven testi, “10 söz” testi, “Kern-Yersik” testi, Bender test, “Dördüncü artıq” testi)
  13. İntellektual sahənin qiymətlədirməsi və alınan nəticələrin müzakirəsi.
  14. Şəxsiyyət, motivasiya sahələrin uşağın ətrafdakılarla münasibətin dəyərləndirməsi ( “İki ev” metodikası, “Mövcud olmayan heyvan rəsmi”, “Ailə rəsmi”, “Heyvanlar ailəsi” , “Ağac testi” , “Üç arzu metodikası” ).
  15. Qiymətləndirmə nəticələrin müzakirəsi.
  16. Məktəbə psixoloji hazırlığın dəyərləndirilməsi. İntellektual, iradə və motivasiya sahələrinin hazırlığı.
  17. Alınan nəticələrin müzakirəsi.
  18. Uşaq kollektivi ilə psixoloqun iş üsulları.
  19. Uşaq kollektevi ilə praktiki məşğələlər.
  20. İmtahan.

TƏLİMÇİLƏR.

Vəfa Şirinova- həkim-psixiatr.  İndigo Uşaq İnkişafı və Reabilitasiya Mərkəzinin Təsisçisi.

Rasif Dünyamalıyev – “EDU. Co.” Consalting and Management şirkətinin və  “Preschool Academy”inin direktoru.

Yuliya Andreyevna Starostina- Psixologiya Elmlər Namizədi, M.V. Lomonosov MDU-nun Yaş Psixologiya Kafedrasının Müəllimi.

Aybəniz Nəsibli- “İndigo” \ Qarayev uşaq bağçasının psixoloqu.

Ramila Həbibova – “İndigo” \  Neapol uşaq bağçasının psixoloqu.

Murad Babayev – “Bagcam.az” Uşaq Bağçaları Şəbəkəsinin Uşaq İnkişafı üzrə Mütəxəssis.

Aysel Əhmədova –  “Meduna” Psixoloji mərəzində psixoloq loqoped kimi fəaliyyət göstərir.

 

Proqramda İştirak Kriteriyaları Nədir?

  • Ali təhsil (Psixologiya və Pedaqogika üzrə)
  • Yüksək motivasiyalılıq
  • Səmərəli qərar qəbuletmə bacarığı
  • Nəticəyönümlülük
  • İKT-dən istifadə bacarığı
  • Məntiqi düşüncə bacarığı

 

İŞ İMKANI : Təlim proqramının sonunda imtahandan yüksək nəticə göstərən şəxslərlə 1 illik  iş müqaviləsi imzalanacaq.

Sertifikat: Təlim proqramını bitirənlər Preschool AcademyTəlim Mərkəzi tərəfindən təsdiqlənmiş sertifikatla təmin olunurlar.

 

SON QEYDİYYAT TARİXİ : 5 İyul 

Təlim ödənişlidir. Qeydiyyat və ödəniş haqqında ətraflı məlumat üçün aşağıda göstərilən nömrələrlə əlaqə saxlayın.

QEYDİYYAT ÜÇÜN ZƏNG EDİN: 055 260 74 71 \ 050 264 50 12

Ünvan :  Nərimanov rayonu Əhməd Rəcəbli 23 a.

Psycho Lab Proqramı

Instagram: __psycholab__

Bəyən və paylaş

Rəylər

rəy(lər)