29 Yanvar 13:20

PSİXOLOQLAR ÜÇÜN İNKİŞAF VƏ İŞ İMKANI

PSİXOLOQLAR ÜÇÜN İNKİŞAF VƏ İŞ İMKANI.

 

“Psycho Lab” Psixoloqların İnkişafı Proqramı Elanı

“Preschool Academy” Təlim Mərkəzi uşaq inkişafı sahəsində çalışan psixoloqların və bu sahədə karyerasını qurmaq istəyənlərin bilik, bacarıq və vərdişlərinin inkişafı məqsədilə “Psycho Lab” Psixoloqların İnkişafı Proqramını həyata keçirir.

Proqram bir ay akademik öyrənmə prosesi, digər ay da təcrübə prosesi daxil olmaqla, 2 ay davam edəcək. Proqrama 8 praktiki seminar və 8 təlimdə iştirak, 5 özəl uşaq bağçasında 5 qrup məşğələsində iştirak və 5 uşaqla seans keçirmək nəzərdə tutulub.

Proqrama Hansı Mövzular Daxildir?

Proqram çərçivəsində Təlim və Seminar şəklində:

  • Yaş dövrləri və yaş krizisləri
  • Psixi proseslərin inkişafı
  • Uşaq İnkişaf Sahələri və Uşaq İnkişaf Nəzəriyyələri
  • Davranış
  • Psixoloji Anamnez
  • Valideynlərlə iş
  • İnsan rəsmi metodikası
  • Ailə rəsmi metodikası
  • Raven testi
  • Piktoqramma testi
  • Portic testi
  • Uşaq Rəsimlərinin təhlili
  • Aqressiv uşaqlarla iş
  • Hiperaktiv uşaqlarla iş
  • Müxtəlif problemlərin həlli üçün terapevtik nağıllar və oyunlar.

 

Proqramda İştirak Kriteriyaları Nədir?

  • Ali təhsil (Psixologiya ixtisası üzrə)
  • Yüksək motivasiyalılıq
  • Səmərəli qərar qəbuletmə bacarığı
  • Nəticəyönümlülük
  • İKT-dən istifadə bacarığı
  • Məntiqi düşüncə bacarığı

 

İŞ İMKANI : Təlim proqramının sonunda imtahandan yüksək nəticə göstərən şəxslərlə 1 illik  iş müqaviləsi imzalanacaq.

Sertifikat :  Təlim proqramını bitirənlər  “Preschool Academy” Təlim Mərkəzi  tərəfindən təsdiqlənmiş sertifikatla təmin olunacaqlar.

 

QEYDIYYAT ÜÇÜN ZƏNG EDIN: 055 260 74 71 \ 050 264 50 12

ƏTRAFLI

Bəyən və paylaş

Rəylər

rəy(lər)