Public Administration Academy layihəsi keçiriləcək

Hörmətli tələbələr, gənc tədqiqatçılar, jurnalistlər !
Eurasian Research Council olaraq yeni bir layihəyə start veririk – Public Administration Academy.
3 ay davam edəcək kurslarda, iştirakçılar İnctimai İdarəetməyə aid müxtəlif kursları seçmə və onları akademik səviyyədə öyrənmə şansına sahib olacaq. Kursa iştirak pulsuzdur. Kurslar AZƏRBAYCAN DİLİNDƏ keçirilcəkdir. Kurslar Noyabrın 6-da başlayacaqdır. Adətən 18.30 da başlayacaqdır. İştirakçılar listinə görə daha əvvəlki saatda keçirilməsi mümkündür.
İştirakçılar aşağıda təqdim etdiyimiz 10 dərsdən ən az 3, ən çox 5 dərsi seçə biləcəkdir.
Kurslara yazıldıqdan sonra onlara iştirak zəruridir, kursun sonunda imtahan və sertifikat veriləcək. Kursu ən yüksək balla bitirmiş şəxslərə yay aylarında Avropa Şurasında təcrübə keçmə imkanı veriləcəkdir.
Dərslər elmi dərəcəsi olan universitet müəllimləri tərəfindən keçiriləcəkdir.
Müraciət etmək istəyənlər öz CV-lərini, akademik transkriptini online olaraq [email protected] adresinə ya da inboxa 30 Oktyabr 2017 tarixinədək təqdim etmələri xahiş olunur.
Veriləcək kurslar və müəllimlər :
1. Basics of Public Administration (Anar Valiyev, Ph.D, ADA) – İctimai İdarəetmənin Əsasları
2. Siyasət Analizi – Policy Analysis (Anar Valiyev, Ph.D, ADA)
3. Yaxşı idarəçilik standartları – Good Governance standards and practices (Adalet Ibadov, Ph.D., Baku Engineering Uni)
4. İctimai Siyasətə Giriş – Introduction to Public Policy (Adalet Ibadov, Ph.D., Baku Engineering Uni)
5. Pul siyasəti – Monetary policy (Eldar Gojayev, Ph.D., lawyer, previous national USAID consultant)
6. İctimai hüquqlar və vətəndaş iştirakçılığı – Public Rights and Civic Participation (Farhad Mehdiyev, Ph.D.,)
7. Günişığında idarəetmə – Government in the sunshine and media law (Farhad Mehdiyev, Ph.D.,)
8. Anti-inhisar hüquq və rəqabət siyasəti – Antitrust law and competition policy (Eldar Gojayev, previous national USAID consultant)
9. Milli hüquqda insan hüquqları standartları – Human rights requirements in public governance and national law (Zaur Aliyev, Ph.D., lawyer, previous Ombudsman personnel)
10. E-hökümət və demokratiya – E-government and democracy (Zaur Aliyev, Ph.D,)

Bir cavab yazın

Back to top button
Close