26 Mart 12:33

Pulsuz təlim resursları – I hissə

Bu karantin dövrünü faydalı və səmərəli şəkildə keçirmək istəyirsinizsə, Sizin üçün kiçik bir araşdırma etdim. Nəsə öyrənmək üçün mütləq pul xərcləmək lazım deyil. Aşağıda heç bir maddi vəsait sərf etmədən özünüzü inkişaf etdirə biləcəyiniz online platformalar haqqında məlumat və linklər görə bilərsiniz.

Hər kursun sonunda İT, menecment, biznes, dizayn, HR, proqramlaşdırma və s. sahələrdə çap edə biləcəyiniz sertifikatlar da verilir. Düzdür, bəzi online kurslar pulsuz olsa da, sertifikat üçün 20-30 dollar aralığında ödəniş tələb edilir. Bu seçdiyim kurslar isə demək olar ki, tamamilə pulsuzdur. Bir çoxlarından özüm də yararlanmışam və çoxlu sayda sertifikatlarım da var.

İlk əvvəl Facebookdan başlayaq.

1. Facebook Blueprint (Digital Marketing With FB).

Facebook ən çox vaxt keçirdiyimiz sosial şəbəkədir. Bu şəbəkənin həm də təlim platformasınn olduğunu bilirdinizmi?

Burada da 400-dən çox təlim var və pulsuz sertifikatı ancaq imtahan verdikdən sonra əldə etmək olur.

LİNK

2. LinkedIn Learning (əvvəllər Linda.com).

 

LinkedIN platformasında profili olanlar bu kursdan istifadə edə bilərlər. Bu gün biznes mühitində networking qurmaq üçün LinkedIn ən vacib platformalardan biridir.

1 ay müddətində tam pulsuzdur (necə deyərlər, səndən hərəkət, Linkedİn Learningdən bərəkət – oxu ki, oxuyasan). 13,000-dən artıq kurs var. 1 ay müddətində nə qədər oxudunuz, oxudunuz. Sonunda isə sertifikat əldə edə bilərsiniz.

LİNK

3. Udemy (Marketinq/ Dizayn üçün əla seçimdir). 

 

Əsas əhatə dairəsi: İspan dili, Bloq, Microsoft Dynamics 365, Digital Marketing, Linux, Social Media Marketing, Excel, Blockchain, PowerPoint, Python, HTML, AWS, Salesforce, Java, Dropshipping, Premiere Pro, iOS, Graphic Design, NetDevOps, Final Cut Pro, Mobile Development, Programlaşdırma

Təxminən bu tip sahələri əhatə edən 800-dən çox kurs var.

LİNK

4. Alison. 

İT, elm, kodlaşdırma, menecment, müxtəlif dillər, saölamlıq, sosiologiya, şəxsi inkişaf, marketing və s. sahələri əhatə edir.

 

Alison platformasında olan 1000-dən çox kurs pulsuzdur, amma pulsuz çap edilə bilən sertifikatları bütün təlim kursları üçün deyil. Ona görə də bəzi təlimlərdən sadəcə digital sertifikat ala biərsiniz, sertifikatı ıendirmək, harasa göndərmək və ya çap etmək üçün mütləq ödəniş etmək lazım gələcək.

LİNK

5. Google Digital Garage. 

Digital Marketing üçün misligörünməmiş platformadır.

 

100-dən çox təlimi əhatə edir. Pulsuz sertifikatlar bəzi təlimlər üçün verilir. Əhatə etdiyi əsas sahələr: Digital Marketing, Business Security, Business Communication, Social psixologiya, Google Cloud Platform, Big Data, Machine Learning.

LİNK

6. Oxford Home Study.

Management sahəsi üçün əla seçimdir.

 

Əhatə etdiyi sahələr: Business Management, Customer Service, Construction Management, Fashion Design, Hotel Management, HRM, Internet Marketing, Management, PR, Project Management, Risk Management, Starting a Business, Supply Chain Management, Tourism and Travel.

Pullu və ya pulsuz sertifikat əldə edə bilərsiniz.

LİNK

7. Openlearning (University Quality Learning).

 

Bir az Alison platformasını xatırladır. Aşağıdakıı sahələri əhatə edən 1300-dən çox ödənişli və ödənişsiz təlimləri əhatə edir:

Design, Blockchain, Understanding Coffee, Growing a Global Business, Physics, Cybersecurity, English, Japanese, Ecotourism, AR & VR.

Understanding Coffee təlimində mütləq iştirak edəcəm.

Zehninizin açıq olmasını diləyirəm.

LİNK

Mənbə: Sevinc Qarakişiyeva

Bəyən və paylaş