27 Oktyabr 22:23

Python ilə Data Analitikası öyrən

Python ilə Data Analitikası öyrən, #DataKaryeranaBaşla!

 

Karyeranız üçün atacağınız ən yaxşı addım Python öyrənməyiniz olar!

Python Data Analyst olaraq karyera qurmağınız, bu sahədə yeni biliklər qazanmağınız və data sahələrində işə başlamağınız üçün unikal bir təlimi təqdim edirik! Təlim Python Data Analyst olaraq işə başlamağınız üçün bütün lazımi mövzuları əhatə edir! #Ürəyiniz başqa nə istəyir? ☺

Data analitikası sahəsində iş dünyasında ən çox istifadə olunan mövzuları özündə cəmləyən və praktiki tapşırıqlarla təkmilləşdirilmiş Python ilə Data Analitikası təliminə qoşularaq bu sahəni dərindən mənimsəyin. 📊💡

 

Data SoCool – data təlimləri və data məhsulları sahəsində ixtisaslaşmış, ətrafında onlarla peşəkarı toplamış data platforması  tərəfindən keçirilən bu təlimdən sonra Python vasitəsilə müxtəlif data növləri ilə işləməyi, datanı təmizləməyi və analiz üçün hazır vəziyyətə gətirməyi, statistik analizlər etməyi, müxtəlif modellər qurmağı və onları vizuallaşdırmağı, datanıza əsasən gələcək trendləri proqnozlaşdırmağı bacaracaqsınız.

 

Təlimçi – Coşqun Hüseynov Paşa Sığortada Aktuari şöbəsində Data Analitik olaraq çalışır. Daha əvvəl Sumqayıt Texnologiya Parkı (STP)-da Konstruksiya Texnologiyaları departamentində Data Analitik olaraq çalışmışdır. Çalışdığı müddət ərzində Python ilə layihələrin avtomatlaşdırılmasını həyata keçirmişdir. Hazırda Paşa Sığortada Prediktiv modellərin qurulması, məlumatların avtomatlaşdırılması, dataların təmizlənməsi, interaktiv vizuallaşdırma və reportların hazırlanması ilə məşğuldur. Bununla yanaşı, Machine Learning alqoritmlərindən ibarət bir startup üzərində çalışmaqdadır. Təlim müddətində ekspert tərəfindən tam mentorluq dəstəyi ilə öyrəndiklərinizi praktiki tətbiq edərək, dərindən mənimsəyəcəksiniz!

 

Təlim yeddi moduldan ibarətdir:

– Programming basics

– Statistics

– Fundamentals of Python

– DataFrames

– Data Cleaning

– Plotly Visualization

– Introduction to Machine Learning

Həmçinin təlim müddətində:

– Mərkəzdə rahat müasir tədris zalında tam praktiki dərslər;

– Təlim sonunda capstone layihə işləmə və işəqəbul üçün portfolionuzun formalaşdırılması;

– Data SoCool tərəfindən təsdiqlənmiş (Verified) sertifikat;

– Dərs materialları ilə təmin etmə;

– Təlim müddətində tam mentorluq dəstəyi;

– Təlim müddətində hər gün çay-kofe fasiləsi;

-CV formalaşdırılması və karyera konsultasiyaları;

– Data SoCool Alumni olaraq bundan sonra davamlı partnyor qurumlarda iş və təcrübə imkanları;

– Və Data SoCool Alumnilər üçün təqdim olunan digər imkanlar..

 

Təlimdə iştirak və suallarınızın ətraflı cavablandırılması ücün qeydiyyatdan keçin və zəngimizi gözləyin.

https://www.datasocool.com/az/telim/python-ile-data-analitikasi-telimi/

 

Təlimin modulları üzrə detallı tədris sillabusu, təlimin metodu və haqda ətraflı məlumatla vebsaytımızdan tanış ola bilərsiniz:

https://www.datasocool.com/az/muraciet/python-ile-data-analitikasi-telimi/

 

Data SoCool ilə data sahələrində karyeranıza başlayın və gələcəyin sahəsinə yiyələnin!

Əlaqə:

Telefon: +994502312558

Email: [email protected]

Vebsayt: https://datasocool.com

 

 

 

Bəyən və paylaş

Rəylər

rəy(lər)