20 İyul 16:13

“Qədim sənət – Kəlağayı” layihəsi

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə keçiriləcək “Qədim sənət – Kəlağayı” layihəsində iştirak etmək üçün qeydiyyata start verilir. Layihə dekorativ-tətbiqi sənət növü olan batikanı gənclərə aşılamaq və onu təbliğ etmək məqsədi ilə həyata keçirilir. Layihə çərçivəsində iştirakçılara batika sənəti ilə bağlı təlimlər keçiriləcək və batika sənət nümunələri hazırlamaq öyrədiləcək. Ölkəmizin qədim sənət növü olan batika sənəti haqqında məlumatlanmaq və gənclərimizə aşılamaq istəyən bütün aktiv gəncləri aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçməyə dəvət edirik.

Son qeydiyyat tarixi: 27 iyul saat 00:00

Bəyən və paylaş