25 İyun 15:36

Qadın Liderliyi üzrə Yay Məktəbi

QADIN LİDERLİYİ ÜZRƏ YAY MƏKTƏBİNDƏ İŞTİRAK ÜÇÜN DƏVƏT

24 iyun, 2019, Bakı şəhəri

Qısa məlumat

USAID Qadın İştirakçılığı Proqramı (QİP) ölkədə 2011-ci ildən icra edilir və əsas vəzifələri qadınlarla bağlı mühüm məsələlər üzrə ictimai məlumatlandırılmanın artırılması və qadınların qərar qəbuletmə proseslərində iştirak imkanlarının genişləndirilməsinə və iqtisadi cəhətdən səlahiyyətləndirilməsinə töhfə verməkdən ibarətdir.

Elanın məqsədi:

USAID QİP gənc xanımları, 2019-cu ilin İyul ayında aparılacaq 10 günlük Qadın Liderliyi üzrə Yay Məktəbində iştirak etməyə dəvət edir.  İŞTİRAK ÖDƏNİŞSİZDİR.

Proqram iştirakçıya hansı bilikləri verəcək:

Təlimdə iştirakçılar liderlik və ünsiyyət bacarıqlarının, özünə güvən hissinin artırılması yollarını, ictimai vəkilliyin əsaslarını, qadın hüquqları və gender bərabərliyi haqqında başlıca məlumatları, kiçik biznes təşəbbüslərinin həyata keçirilməsi, biznes planın tərtibi,marketinq strategiyasının qurulması və digər maraqlı məlumatları mənimsəyəcəklər.

Təlim hansı dildə aparılacaq:

Azərbaycan

Kim iştirak edə bilər?

• Azərbaycan Respublikasının vətəndaşları
• Göy-Göl şəhərində və ətraf şəhər və qəsəbələrdə yaşayan və yaşı 18-30 olan gənc qadınlar.

Qeyd:İştirakçıların seçimi zamanı məcburi köçkün icmalarından olan qadınlara üstünlük veriləcək

İştirak üçün müraciət:

İştirak etmək istəyən şəxslər özləri haqqında qısa məlumatı (CV, Bios) [email protected]
və [email protected][email protected]  elektron unvanlarına göndərə bilər.

Təlimlərin keçiriləcəyi ərazi:

Göy-Göl şəhəri

Müraciət üçün son tarix: 12 iyul, 2019 -ci il

Suallar

Təlimlərə dair suallar  [email protected] və [email protected][email protected] elektron poçt ünvanlarına 10 iyul, 2019-cu il tarixinə qədər göndərilə bilər.

İştirak haqqında təsdiq:

İştirakı təsdiqlənən şəxslərlə elanın son tarixindən sonrakı 5 gün ərzində əlaqə saxlanılacaq.

Bəyən və paylaş

Rəylər

rəy(lər)