Qadın müəllimləri arasında stolüstü tennis turniri

Stolüstü Tennis Turniri
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) və Azərbaycan Respublikası Stolüstü Tennis Federasiyasının birgə əməkdaşlığı çərçivəsində Qadın müəllimləri arasında stolüstü tennis turnirinin keçirilməsinə start verilir🎉
Turnirin əsas məqsəd və vəzifələri gənc qadın müəllimlər arasında stolüstü tennis qaydalarının təbliğ edilməsi, onların asudə vaxtlarının sağlam-səmərəli keçirilməsi və onların köməyilə ölkədə uşaqlar arasında stolüstü tennis oyununa marağın artırılmasına nail olmaqdır.
Turnir Sumqayıt şəhər, “Qarabağ NN" stolüstü tennis bazasında 06.03.2022 tarixində 10:00-da başlanacaqdır.
Yarış "-2"sistemi üzrə keçirilir. İdman ustalığından asılı olmayaraq bütün arzu edən sağlam şəxslər turnirdə iştirak edə bilərlər.
Turnirdə iştirakınızı təsdiqləmək üçün sağlamlıq haqqında arayış, şəxsiyyəti təsdiq edən sənəd və sifariş vərəqi elektron formada [email protected] elektron poçt ünvanı ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına göndərilməli, sağlamlıq haqqında arayış və şəxsiyyəti təsdiq edən sənəd isə turnir başlanmazdan əvvəl hakimlər kollegiyasına təqdim olunmalıdır.
Əsasnamənin linki: https://ref.az/MRpWcp
Qeyd edək ki, linkə daxil olub yükləyib redaktə edə bilərsiniz.
Sonda turnirin qalibləri Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən diplom və mükafatlar ilə təltif olunacaqlar.
Son qeydiyyat tarixi 28.02.22
Yarışda iştirak edəcək hər kəsə uğurlar diləyirik!
Qeyd: ilk 32 müraciətə baxılacaqdır.
Media tərəfdaşımız Edumap.az təhsil portalıdır.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az