25 Dekabr 14:15

Qadın sahibkarlar üçün “Scale Up” akselerator proqramına start verilib

Qadın sahibkarlar üçün “Scale Up” akselerator proqramına start verilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də Proqrama dəstək göstərir. “Scale Up” akselerator proqramının məqsədi qadınların iqtisadiyyatdakı rolunu və təsirini gücləndirmək, onların bizneslərinin inkişafının sürətləndirilməsi və böyüməsi üçün lazımi dəstəyi göstərməkdir. Səkkiz həftə davam edəcək proqram çərçivəsində iştirakçılar rəqəmsal transformasiya, kommunikasiya, investisiya qaydaları və özünüinkişaf kimi mövzularda bilik və bacarıqlar əldə edəcəklər. Proqrama müraciət üçün onlayn qeydiyyat www.abw.az saytı üzərindən 28 dekabr 2019-cu il tarixinədək davam edəcək. Seçilmiş namizədlər 8 həftə davam edəcək proqramda iştirak etmək hüququnu qazanacaqlar.