19 Fevral 22:49

Qadının müasir cəmiyyətdə yeri və rolu

Azərbaycan İlahiyyat İnstitutunda 4 mart 2019-cu il tarixdə saat 14:00-da 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Qadının müasir cəmiyyətdə yeri və rolu” mövzusunda “dəyirmi masa” keçiriləcək.

Məruzəçilər:
1. Aynur Veysəlova – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi;

Mövzu: “Dövlət qadın siyasəti: imkanlar və perspektivlər”
2. Sevda Zamanova – Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini (tərbiyə işləri üzrə), ədliyyə polkovnik-leytenantı;
Mövzu: “Qadın və cəza”
3. Dos.Kifayat Ağayeva – ADU, Regionşünaslıq kafedrasının dosenti, Gender Araşdırmalar Mərkəzinin direktoru;
Mövzu: “Qərbdə müsəlman qadınların üzləşdikləri problemlər:mövcud vəziyyət və perspektivlər”.
4. Mehriban Zeynalova -“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri;
Mövzu: “Müasir dövrdə qadınlara qarşı zorakılıq və dəstək proqramları”
5. f.f.d. Əhməd Niyazov – Azərbaycan İlahiyyat İnstitutu, İslamşünaslıq kafedrasının müdiri;
Mövzu: “İslamda qadın hüquqları”
6. Mələk Kərimova – psixoloq, Xəzər Psixologiya Mərkəzinin direktoru;
Mövzu: “Qadın psixologiyası: Qadınların problem həll etmə və düşüncə tərzi”
7. Cavid İmamoğlu – sosioloq, SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası İB-nin Milli Proqram İnkişaf direktoru;
Mövzu: “Qadınlara qarşı ayrıseçkilik və zorakılıqla mübarizədə dinin rolu”.

Giriş sərbəstdir.
Ünvan: Əhməd Cəmil, 41/A

Bəyən və paylaş

Rəylər

rəy(lər)