5 Noyabr 16:43

“Qadınlara qarşı gender əsaslı zorakılıq gənclərin gözü ilə” maarifləndirmə kompaniyası

“Gənclərin Töhfəsi” İctimai Birliyi noyabr ayı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qadınlara qarşı gender əsaslı zorakılıq gənclərin gözü ilə” maarifləndirmə kompaniyasının aparılması layihəsinin icrasının əsas mərhələsinə start verir. Layihənin məqsədi Azərbaycanın birçox regionunda gənc nəsil arasında “Qadınlara qarşı məişət zorakılığını Dayandır” kompaniyasını təbliğ etmək, Azərbaycanda hüquqlarını, gender bərabərliyinə hörməti inkişaf etdirmək və məişət zorakılığı aradan qaldırmaqdan ibarətdir. “Qadınlara qarşı gender əsaslı zorakılıq gənclərin gözü ilə” maarifləndirmə kompaniyası Gəncə, Kürdəmir, Yevlax, Tərtər, Biləsuvar, Cəlilabad, Salyan, Masallı, Lənkəran, Astara və Yardımlı rayonlarını əhatə etməklə hər iki zonada mərkəzləşmiş bir rayon seçilərək, Quba və Biləsuvar rayonlarında təşkil edilməsi nəzərdə tutulub. Proqram təşkilatçıları və təlim iştirakçıları regionlarda “Qadınlara qarşı gender əsaslı zorakılıq gənclərin gözü ilə” təlim seminarı həyata keçirmək üçün yerli komanda yaradacaqlar. İştirakçılar və layihə əməkdaşları əhalini xüsusilə də gəncləri 6 gün ərzində müxtəlif fəaliyyətlərlə “Qadınlara qarşı gender əsaslı zorakılıq gənclərin gözü ilə” kompaniyasına daxil etmək üçün könüllü cəlb olunacaqlar.

Bəyən və paylaş

Rəylər

rəy(lər)