10 İyun 16:01

Qadınların sahibkarlıqda rolu (ödənişsiz seminar)

Əziz xanımlarımız!

“Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramı Sizləri 16 İyun tarixində “Qadınların sahibkarlıqda rolu” adlı seminarda iştirak etməyə dəvət edir. Məqsədimiz qadınların rolunu cəmiyyətdə artırmaq, iş həyatında gender bərabərliyini təmin etmək, biznes ideyalara dəstək olmaqla onların daha dayanıqlı gələcək qurmasını təmin etməkdir.

Seminara 18-35 yaş aralığında öz biznesini yaratmaq və biznes ideyasını inkişaf etdirmək istəyən bütün xanımlarımız müraciət edə bilərlər.

Seminara qatılmaqla Siz:
“Biznesdə qadın”, “Qadınların uğur hekayələri”, “Məişət və iş həyatında balans” və s. mövzular barəsində məlumatlandırılacaqsınız.

Təlimçi qonaqlarımız “ACCB Women’s Club”-ın nümayəndələri:
Təchizat Sistemləri direktoru – Rəna Məmmədova və
Qazlı içki Kateqoriyası üzrə müdir – Nəzrin Quliyeva olacaq.

Nəzərinizə çatdırırıq ki, “ACCB Women’s Club” – “Coca-Cola Bottlers Azerbaijan MMC”-nin tərkibində yaradılmış təşkilatdır. Təşkilatın məqsəd və fəaliyyət istiqamətləri aşağıda qeyd olunub:
• Qadın işçilərin peşəkarlıq səviyyəsini inkişaf etdirmək
• Qadın işçilərin sayını artırmaq (faiz nisbətində)
• Qadın işçilər arasında birlik, həmrəylik yaratmaq
• Sosial məsuliyyətli layihələr həyata keçirmək
• Qadınların sosial aktivliyini təmin etmək

Qeyd: “Qadınların sahibkarlıqda rolu” seminarında iştirak tamamilə ÖDƏNİŞSİZDİR!

Qeydiyyat üçün daxil olun: https://youthinc.typeform.com/to/V0V1yO
Əlaqə üçün: 012 594 6141, 077 421 1141
Son qeydiyyat tarixi: 15 İyun 2016-cı il, saat 15:00
Məkan: Yüksək Texnologiyalar Parkı (ünvan: Nizami

Bəyən və paylaş