12 Noyabr 21:20

“Qadınların yerli idarəetmə orqanlarında iştirakçılığı” – Təlim

Qadınların yerli idarəetmə orqanlarında iştirakının artırılması məqsədilə, “Dayanıqlı İnkişaf Mərkəzi” tərəfindən 3 günlük təlim təşkil olunacaqdır. Təlimdə qadınların yerli idarəetmə orqanlarında iştirakının vacibliyi və iştiraka mane olan səbəblər müzakirə olunacaq.Eyni zamanda qadınların liderlik bacarıqları və qərar qəbuletmə mexanizmlərinin inkişafı üçün nəzəri və praktik bilgilər təqdim olunacaq. Təlimdə iştirak etmək üçün aşağıdakı tələblərə cavab verən namizədlər müraciət edə bilər : Təhsil – Bakalavr pilləsi üzrə təhsil alan tələbələr Cins – Qadın İctimai və idarəetmə prosesində iştiraka maraq Rayondan və bölgələrdən müraciət edən namizədlərə üstünlük veriləcək. Son müraciət tarixi – 21 Noyabr Təlimdə iştirak etmək istəyənlər CV-lərini [email protected] email adresinə göndərə bilərlər. Təlimin vaxtı – 1-3 Dekabr, 2015 Təlimin ünvanı – Əlövsət Quliyev 92 Başlama vaxtı – 11:00 – 17:00 Müraciət üçün əlaqə vasitəsi – 055 848 14 34

İştirak ödənişsizdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)