7 Noyabr 20:38

“Qafqaz TV” işə dəvət edir

“Qafqaz TV” işə dəvət edir
Azərbaycanın ən gözəl bölgələrindən biri olan Qubada, şəhərin səs-küyündən, stresindən, tıxaclarından uzaqda, gənc, yaradıcı və böyük hədəfləri olan bir kollektivdə işləmək və yaratmaq imkanı.
Yaradıcı potensialını ortaya qoymaq, özünü təsdiq etmək, uğurlu karyera qurmaq istəyən gəncləri Azərbaycanın ilk biznes və turizm kanalı olan “Qafqaz TV” MTRŞ-i işə dəvət edir.

Vakansıyalar: Televiziya jurnalisti, redaktor, qrafika və montaj mütəxəssi, kameraman, səs rejissoru, yaradıcı rejissor, reklam meneceri, SMM – sosial media meneceri.
İş yeri Qubadadır. Bakıdan və digər bölgələrdən olan əməkdaşlar yaşayış yeri ilə təmin edilir. Bir ay sınaq müddəti hərkəs üçün keçərlidir.

Əlaqə:
Azərbaycan, Quba şəhəri, AZ4000 Heyder Əliyev prospekti 219.
Zəng edin:
023 33 5 56 44; 070 307 97 79
Yazın:
WhatsApp: 070 307 97 79
Email: [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)