4 Fevral 16:35

Qafqazşünasların II beynəlxalq forumu keçiriləcək

Qafqazşünasların II beynəlxalq forumu keçiriləcək

23-24 may 2019-cu il tarixlərində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Qafqazşünasların II beynəlxalq forumu keçiriləcək.

Forumun bölmələri:

– Qafqaz regionunda ictimai-siyasi proseslər;

– Qafqazda münaqişələr və terror;

– Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü;

– Qafqaz ölkələrinin qarşılıqlı münasibətləri, xarici siyasəti və böyük dövlətlərin region siyasəti;

– Qafqazda geosiyasi şərait;

– Qafqazda sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı əlaqəsi.

Məruzə mətnlərinin hazırlanmasına dair tələblər:

–  Microsoft Word A4 ölçüdə 5-7 səhifə həcmində, Times New Romanda, 12 şrift, 1 intervalla, soldan 20 mm, sağdan 20 mm, yuxarı və aşağıdan 25 mm, abzaslar 1.15 sm. parametrlərinə uyğun yazılmalıdır;

–  Titul səhifədə yuxarıda sağda 12 şriftlə, qara hərflərlə müəllifin adı, soyadı, elmi dərəcəsi, vəzifəsi, işlədiyi elmi müəssisənin adı, elektron poçt ünvanı (e-mail) və əlaqə nömrəsi yazılmalıdır;

– Müəllifin ad və soyadından sonra səhifənin ortasında məruzənin adı 12 şriftlə, böyük qara hərflərlə yazılmalıdır;

– Azərbaycan, ingilis və rus dillərində açar sözlər (6 sözdən az olmamalıdır) verilməlidir;

– Məruzənin sonunda Azərbaycan, ingilis və ya rus dillərində qısa xülasə verilməli, xülasədə məruzənin adı da qeyd edilməlidir;

– Müəllifin istifadə etdiyi mənbələr “İstifadə edilən ədəbiyyat siyahısı” başlığı altında əlifba sırası ilə verilməli və mətndə ona uyğun kodlaşdırma aparılmalıdır.

– Rəsmlər, tablolar və qrafiklər ayrı-ayrı nömrələnməli və altında qısa izahat verilməlidir.  PowerPoint-dan istifadə edənlərdən əvvəlcədən məlumat vermələri xahiş olunur;

Məruzələrin son təqdimetmə tarixi:10 aprel 2019-cu il

Forumun bölmələrinə aid olmayan və lazımi qaydada tərtib edilməyən məruzələr geri qaytarılacaqdır.

Təşkilat komitəsi: 

AMEA Qafqazşünaslıq İnstitutu. Bakı ş., H.Cavid pr. 117, IV mərtəbə, 448-ci otaq

Tel: (+994 12) 539 89 91

E-mail: cs[email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)