26 Oktyabr 18:21

Qala bilmirəm

Tale dəftərində qara yazım var..
Yanıqlı, kədərli bir avazım var..
Sinəmin üstünə yanıq sazım var..
Dilimə söz gəlir deyə bilmirəm…
Daha getməliyəm, qala bilmirəm….
Qəlbim dilə gəlsə ahu-zar eylər…
Qaranlıq dünyama işıq naz eylər…
Bir tikə payıma hamı göz eylər..
Hamıdan inciyəm küsə bilmirəm..
Daha getməliyəm, qala bilmirəm…
Halıma yananım varsa, o gəlsin,
Qışı yola salım baharım gəlsin..
Dünya, daha bəsdi, yazığın gəlsin..
Dözməyə gücüm yox, dözə bilmirəm…
İzn ver, gedirəm, qala bilmirəm…
Günel Abduraxmanova
Bəyən və paylaş

Rəylər

rəy(lər)