18 Sentyabr 16:16

Qalaaltı Otel & Spa Şabran şəhərində Baş Tibb Bacısı / Qardaşı axtarır

Qalaaltı Otel & Spa Şabran şəhərində Tibb komandasına qoşulmaq üçün açıqfikirli və enerjili Baş Tibb Bacısı / Qardaşı axtarır.

Vəzifə öhdəlikləri:

• Orta tibb heyətinin işinin səmərəli təşkili və onların ixtisasının artırılması üzrə tədbirlərin həyata keçirilməsini təmin etmək.

• Tibbi dərmanların və sarğı materiallarının, o cümlədən tərkibində zəhərli və narkotik maddələr olan dərmanların və dərman maddələrinin vaxtında yazılaraq alınması, uçotu, bölgüsü, işlənilməsi, saxlanılması, xəstələrin qəbulu və evə yazılması işlərini təşkil etmək.
• Parafin kabinetində tibb baçılarının gündəlik növbəliliyinin təşkil və nəzarət etmək.
• Qeydiyyatda olan gündəlik ağır xəstələrin növbətçi tibb bacıları tərəfindən nəzarət edilməsini təmin etmək.
• Orta və kiçik tibb heyəti tərəfindən mövcud qaydalara əməl olunmasına nəzarət etmək.
• Qonaqların şöbə daxilində düzgün nəql edilməsi, orta tibb heyəti tərəfindən həkim təyinatlarının vaxtında və dəqiq yerinə yetirilməsi, xəstəxana şöbələrinin, xəstələrin paltar və dəyişəklərinin saxlanılmasında sanitar-gigiyenik qaydalara əməl olunması, yoluxucu xəstəliyə tutulmuş xəstələr yerləşdirilən otaqların dezinfeksiya olunması işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək.

Təhsil/Təcrübə:

• Tibbi təhsil;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi (Otel sahəsində iş təcrübəsinə üstünlük verilıir);
• Rus və İngilis dili arzu olunandır;
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək, 1C proqramını bilənlərə üstünlük verilir;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar:

• Şirkət tərəfindən qidalanma, nəqliyyat və yaşayış yeri ilə təmin edilmə;
• İş qrafiki: Altı günlük iş həftəsi
• İş yeri: Şabrah şəhəri
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər dünyanın hər yerindən yeni insanlarla tanış olmaq, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.

“Qalaalti Hotel & Spa” şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)