“Qalib müəllim” videohekayə müsabiqəsi

Təhsil Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri arasında “Qalib müəllim” videohekayə müsabiqəsinə start verilir.
19 aprel-28 may tarixlərini əhatə edən müsabiqənin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində iştirak edən, eyni zamanda qalib əsgərin formalaşmasında rolu olan Azərbaycan müəllimlərinin tanıdılmasıdır.
Müsabiqə aşağıdakı başlıqlar üzrə keçirilir:
– “Qalib əsgərin müəllimi” – şagird və tələbələri vətənpərvər ruhda yetişdirən Azərbaycan müəllimi haqqında videooçerk;
– “Ön cəbhədə döyüşən müəllim” – Vətən müharibəsində iştirak etmiş əsgər, qazi və şəhid olan müəllimlərin həyat hekayəsi;
Müsabiqə üzrə tələblər aşağıdakılardır:
– Müsabiqədə ölkəmizdəki media qurumlarının nümayəndələri iştirak edə bilər;
– Müsabiqəyə göndərilən video 2 dəqiqədən artıq olmamalıdır;
– İştirakçı özü haqqında zəruri məlumatları (adı, soyadı, yaşı, yaşadığı şəhərin (rayonun adı), təmsil etdiyi media qurumunun adı və tutduğu vəzifə, əlaqə telefonu) daxil etməklə hazırlanmış videonu 21 may 2021-ci il tarixinədək [email protected] elektron ünvanına göndərməlidir;
– Hər iştirakçı bir videohekayə göndərə bilər;
– Müsabiqəyə təqdim olunan videohekayələr “Qalib müəllim” ön sözü ilə başlamalıdır.

Bir cavab yazın

Back to top button