9 Fevral 09:48

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti

Canlı musiqi axşamımızın budəfəki qonağı Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri olacaqdır. Kollektivin dirijoru və bədii rəhbəri Teymur Göyçayevdir.

Azərbaycan Dövlət Kamera Orkestri 1964-cü ildə məşhur Azərbaycan bəstəkarları Qara Qarayevin və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılmışdır.
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin layihələri çərçivəsində orkestr bir çox məşhur dirijorlarla çıxış edib, o cümlədən: Səlim Akçil (Türkiyə), Hakan Şənsoy (Türkiyə), Simon Kamartin (İsveç), Fabien Teerikson (Fransa), Vladimir Runçak (Ukrayna), Rikkardo Averbax (ABŞ), Vladislav Bulaxov (Rusiya), Roland Freisizer (Avstriya), Aleksandr İvaşkin (İngiltərə).

2007-ci ildə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Azərbaycan klassik musiqisinin təbliğatına görə “HUMAY” mükafatına layiq görülmüşdür.

Azərbaycanın Xalq artisti Teymur Göyçayev iki yaradıcı kollektivin Qara Qarayev adına Kamera Orkestri və Gənclər Simfonik Orkestrinin baş dirijoru və bədii rəhbəridir. O, həmçinin, Bülbül adına xüsusi musiqi məktəbinin direktoru və dəyərli pedaqoqudur.

Yerlərin sayı məhdud olduğundan öncədən qeydiyyatdan keçmək zəruridir.

Qeydiyyat üçün əlaqə: (012) 505 14 14, 0502469292
! Qeydiyyat bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 18:30-dək aparılır

Tarix: 13 Fevral, saat 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi

Bəyən və paylaş

Rəylər

rəy(lər)