24 Oktyabr 21:20

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti

Sizi ecazkar musiqi axşamına dəvət edirik.

Bencamin Britten, “Frenk Bric mövzusunda variasiyalar”; Sofiya Qubaydulina “Fachwerk” Bayan, zərb və simli alətlər üçün.

Bencamin Britten “Frenk Bric mövzusunda variasiyalar” adlı ən məşhur bəstələrindən birini müəllimi, bəstəkar Bricə həsr edir. İlk dəfə 1937-ci ildə Zalsburq festivalında tamaşaçılara təqdim edilən bu əsər, sonradan daha geniş ifa olunmağa başladı. Hələ Kral Musiqi Kollecinin tələbəsi olduğu dövrdə özünü uğur qazanmış bəstəkar kimi tanıtsa da, məhz “Frenk Bric mövzusunda variasiyalar” əsəri, Brittenin adına okeanın o tayı daxil, hər yerdə böyük şan-şöhrət gətirdi.

Sofiya Qubaydulina:
“Bu əsərin adını faxverk (Fachwerk) memarlıq üslubuna olan böyük rəğbətimlə əlaqələndirmək olar. Bu, son dərəcə qeyri-adi, unikal bir üslubdur və burada tikilinin konstruktiv elementləri, bina fasadının arxasında “gizlənmir”, əksinə, ön plana çəkilir.”

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri
Orkestr 1964-cü ildə məşhur Azərbaycan bəstəkarları Qara Qarayevin və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılmışdır. Kollektiv dünyanın bir çox məşhur səhnələrində, nüfuzlu beynəlxalq festivallarda iştirak etmiş, xarici ölkələrdə Azərbaycan musiqi sənətini ləyaqətlə təmsil etmişdir.

Akkordeon -Roman Yusipey (Almaniya).
Ukrayna akkordeonçusu Roman Yusipey 1979-cu ildə Xerson şəhərində anadan olub. 2006-cı ildə Pyotr Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasını bitirib. 2009-cu ildən 2012-ci ilə qədər Hannover Musiqi Universitetində aspirantura təhsilini Elsbet Mozerdən alıb. 2013-cü ildə Essendə Folkvanq Universitetinə daxil olub və professor Mie Mikidən dərs alıb.

Yalçın Vasif oğlu Adıgözəlov
Azərbaycan bəstəkarı, Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professoru, Azərbaycan Respublikasının xalq artisti. 2000-ci ildən Yalçın Adıgözəlov Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professorudur. Azərbaycan və P.İ. Çaykovski ad. Böyük simfonik orkestrləri ilə birgə dirijor ABŞ, Rusiya, İngiltərə və Türkiyədə buraxılmış səkkiz kompakt-disk yazdırmışdır.

GİRİŞ SƏRBƏSTDİR, amma yerlər məhdud olduğundan qeydiyyatdan keçmək lazımdır.
Qeydiyyat üçün: 0502893132

Tarix: 5 noyabr
Saat: 20:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi

Bəyən və paylaş

Rəylər

rəy(lər)