"Qarabağ atları" Rəsm Müsabiqəsi

"Davam" Gənclər Hərəkatı nəzdində fəaliyyət göstərən Davamlı İnkişaf Mərkəzi və "Unicorn Challenge" şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Qarabağ atları" adlı layihənin növbəti mərhələsinə start verilir.
Mərhələnin şərtlərinə əsasən 15 sentyabr tarixinə qədər Qarabağ atları ilə bağlı rəsm əsərlərinizi "Davam" Gənclər Hərəkatının mərkəzi ofisinə təhvil verməlisiniz. Daha sonra seçilmiş əsərlər Bakı və Moskvada Qarabağ atlarına həsr olunmuş sərgilərdə nümayiş olunacaq.
Qeyd edək ki, layihənin əsas məqsədi gənclərin Qarabağ atları haqqında ətraflı məlumat əldə etməsi və beynəlxalq arenada onların təbliğatçısına çevrilməsidir.
Ətraflı məlumat üçün:
📞+994 77 411 22 33

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az