21 Oktyabr 17:33

“Qarabağ Azərbaycandır!” adlı esse müsabiqəsi

Azərbaycan İlahiyyat İnstitutu 25 oktyabr – 25 noyabr 2019-cu il tarixdə gənclərin vətənpərvərlik, milli mənəvi, Vətənə bağlılıq hisslərinin gücləndirilməsi məqsədilə Aİİ tələbələri arasında “Qarabağ Azərbaycandır!” esse müsabiqəsi elan edir.
Müsabiqənin şərtlərinə əsasən, müəllif yalnız bir mövzuda, heç bir mətbuat orqanında çap edilmiş 2 500 sözdən artıq olmayan esseni müsabiqəyə təqdim edə bilər.

Esselərin mövzuları aşağıda qeyd olunur:

1. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır.
2. Azərbaycana qarşı erməni təcavüzünün nəticələri.
3. Erməni vandalizmi: Əsirlikdə olan dini abidələrimiz.
4. Şərq memarlığının incisi – Gövhər ağa məscidi.

Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər tələb olunur:
• Esse;
• Şəxsiyyət Vəsiqəsinin surəti;
• Tələbə Vəsiqəsinin surəti.
Esselər elektron formada [email protected] elektron poçt ünvanına, həmçinin kağız formada Magistratura və doktorantura şöbəsinə təqdim oluna bilər.

Essenin yazılma qaydaları:
• Kiçik həcm (3-4 səhifə);
• Konkretlik. Essedə yalnız bir məsələ mövzu olaraq götürülür və həmin məzmundan kənara çıxmaq tövsiyə edilmir (zəruri hallarda mövzu ilə bağlı qısa haşiyə vermək mümkündür);
• Kompozisiya sərbəstliyi. Tələbə mövzudan yayınmamaq və məntiqi ardıcıllığa riayət etmək şərti ilə kompozisiyanı istədiyi formada qura bilər.
• Üslub aydınlığı. Essedə mürəkkəb cümlələrə, dolaşıq fikirlərə, eyni sözlərin tez-tez təkrarlanmasına, yersiz rəsmiyyətə, təmtəraqlı, pafoslu ifadələrə, qeyri-etik ifadələrə yol vermək olmaz. Ədəbi dilin normalarına, orfoqrafiya qaydalarına əməl edilməli, durğu işarələri yerli-yerində işlədilməlidir.
Qeyd: Müsabiqədə qalib gələn tələbələr mükafatlandırılacaq.

ƏLAQƏ:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu Əhməd Cəmil küçəsi 41A, AZ 1141
Tel: +994 12 510 65 45 / daxili 147
Azərbaycan İlahiyyat İnstitutunun Magistratura və doktorantura şöbəsi

Bəyən və paylaş

Rəylər

rəy(lər)