Çərşənbə, 4 İyun, 2025

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək


  • Dərc edildi: 2 İyun, 2025 - 16:30
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək

 

 Qarabağ Universiteti, Beynəlxalq Türk Akademiyası və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə VII Türk Dövlətləri Türkoloji Yay Məktəbi keçiriləcəkdir.

 Yay məktəbi 2025-ci ilin 10-17 avqust tarixində Xankəndi şəhərində baş tutacaqdır.

 Qarabağ Universitetində keçiriləcək Yay məktəbi Türk dünyasının tarixi, arxeologiyası, dili və ədəbiyyatı mövzularına həsr olunub.

 Yay məktəbinin əsas məqsədi iştirakçıların mövzular üzrə nəzəri və praktiki biliklərini artırmaq, elmi tədqiqat bacarıqlarını inkişaf etdirmək və yeni əməkdaşlıq imkanlarını təşviq etməkdən ibarətdir. Yay məktəbində Türk tarixi, Türk düşüncə və incəsənət tarixi, Türk dili və ədəbiyyatı, antropologiya, kulturologiya və arxeologiya sahələrində fəaliyyət göstərən və tədqiqat aparan 35 yaşadək doktorantlar və alimlər iştirak edə bilərlər.

 Tədrisin Türk dilində aparıldığı Yay məktəbində iştirakla bağlı bütün xərclər təşkilatçılar tərəfindən qarşılanacaqdır.

 İştirak üçün müraciətlər 2025-ci ilin 15 iyun tarixinədk qəbul olunur.

 Ətraflı məlumat və qeydiyyat üçün: LİNK

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 210
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 54
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 157
Lisey və gimnaziyala...