“Qarabağ Zəfəri”rəsm müsabiqəsi

Vətənimizin Qarabağ Zəfərinə həsr olunan rəsm müsabiqəsi Türkiyə və Azərbaycan Gənclər Fondlarının ortaq layihəsi olaraq elan edilir. Rəsm müsabiqəsinin əsas məqsədi Qarabağ Zəfərini türkiyəli və azərbaycanlı gənclərin gözü ilə görmək və hər iki ölkə gəncləri arasında qardaşlıq duyğularını daha da möhkəmləndirməkdir. Müsabiqə hər iki ölkənin gəncləri üçün eyni tarixlərdə eyni şərtlərlə həyata keçiriləcəkdir.

  • Müsabiqənin müddəti: 15 dekabr 2020 – 24 yanvar 2021
  • Müsabiqə qaliblərinin elanı: 13 fevral 2021
  • Mükafat: I, II və III yerləri qazanan gənclər 3 günlük Türkiyəyə səfər edəcəkdir. 

Müsabiqədə iştirak şərtləri:

  1. Müsabiqədə 14-17 yaşlı Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər;
  2. İştirakçılar müsabiqəyə ölçüsü ən azı A4 vərəqi böyüklüyündə olan rəsmlərlə qatıla bilər;
  3. Müsabiqə iştirakçıları istənilən boya növü və rəsm texnikasını istifadə etməkdə sərbəstdir. Rəsmlər ancaq əl işlərindən ibarət olmalı, onların hazırlanması zamanı heç bir kompyuter və ya digər texnologiya vasitələrinin imkanlarından istifadəyə yol verilməməlidir;
  4. Daha öncə başqa müsabiqələrə təqdim olunmuş və ya mükafat qazanmış rəsmlər təkrarən istifadə olunmamalıdır;
  5. Hər iştirakçı müsabiqəyə ən çox 1 rəsm təqdim edə bilər;
  6. İştirakçılar aşağıda qeyd edilən müraciət formasını onlayn qaydada dolduraraq müsabiqədə iştirak edə bilər;
  7. Rəsmin üzərində və ya arxasında iştirakçının adı və ya ona aid imza qeyd edilməməlidir;
  8. Son müraciət tarixindən sonra ( 24 yanvar 2021-ci il) daxil olan rəsmlər qeydə alınmayacaqdır;
  9. Müsabiqə qaliblərinin adları və əsərləri Fondun rəsmi veb və sosial media səhifələrində təqdim ediləcəkdir;
  10. Qaliblər peşəkar münsiflər heyəti tərəfindən seçiləcəkdir.

Qeydiyyat

Bir cavab yazın

Back to top button