Qartal İlqar oğlu Budaqlı İctimai Birliyin icraçı direktoru seçildi

01 avqust 2016-cı il tarixdə “Gənclərin Həmrəyliyinə Dəstək” İctimai Birliyinin ümumi yığıncağı keçirilmiş və Qartal İlqar oğlu Budaqlı İctimai Birliyin icraçı direktoru seçilmişdir.

Qeyd edək ki, “Gənclərin Həmrəyliyinə Dəstək” İctimai Birliyinin əsas məqsədi gənclərin təhsil, sosial, səhiyyə problemlərinin aradan qaldırılması istiqamətində təkliflər vermək, gənclərin intellektual və yaradıcılıq potensialının inkişafına, onların cəmiyyət içərisində layiqli yer tutmasına kömək etməkdən ibarətdir. 

Birlik gənclərin bilik və bacarıqlarını artırmaq məqsədilə mədəni-kütləvi tədbirlər keçirir, müxtəlif kurslar, seminarlar, görüşlər, konfranslar, xeyriyyə marafonları, sərgilər təşkil edir. 

Bir cavab yazın

Back to top button