27 Yanvar 12:58

Qaxda “Uğurlu başlanğıc – möhkəm həyat” layihəsi keçirilib

Edumap.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə Eldar Omarovun layihə rəhbəri olduğu “Uğurlu başlanğıc – möhkəm həyat” layihəsi həyata keçirilib.  Layihə çərçivəsində müxtəlif  mütəxəssislər və tələbələr tələbə olmaq arzusunda olan gənclərə gələcəkdə uğurlu karyera qurmaq üçün düzgün ixtisas seçiminin vacibliyini izah edib və düzgün ixtisas seçimində onlara yardımçı olub.

Layihə çərçivəsində Qax rayonu 2 saylı orta məktəbdə təlimlər həyata keçirilib. Təlimçilər tələbə olmaq arzusunda olan 120-yə yaxın gəncə gələcəkdə uğurlu karyera qurmaq üçün düzgün ixtisas seçiminin vacibliyini vurğulayıb və düzgün ixtisas seçimində nələrə diqqət verməli olduqlarını izah edilmişdir. Həmçinin, layihə çərçivəsində müxtəlif mütəxəssislər və tələbələr tələbə olmaq arzusunda olan gənclərə gələcəkdə uğurlu karyera qurmaq üçün düzgün ixtisas seçiminin vacibliyini izah edib və düzgün ixtisas seçimində onlara yardımçı olub.

Sonda gənclər xüsusi hazırlanmış sertifikatlarla mükafatlandırılıb. Hədəf qrupu şagirdlər və abituriyentlər olan layihə çərçivəsində həyata keçirilən təlimlərdə regionlarda yaşayan gənclər aktiv şəkildə iştirak edib.

Bəyən və paylaş

Rəylər

rəy(lər)