30 Yanvar 13:38

“Qazağım Mənim”  rəsm müsabiqəsi

Azərbaycan  Respublikası  Mədəniyyət  və Turizm  Nazirliyi, Qazax   Rayon  İcra  Hakimiyyəti, Azərbaycan  Rəssamlar  İttifaqı,  Azərbaycan  Dövlət  Rəsm Qalereyası və  Xətai  Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə Qazax  rayonunun sakinləri olan  uşaq və yeniyetmələr arasında

QAZAĞIM  MƏNIM”  rəsm müsabiqəsini elan edir.

Müsabiqə vətənəpərvərlik və doğma yurda məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, uşaq və yeniyetmələrin estetik və bədii zövqünün formalaşdırılması, obrazlı düşüncə tərzinin inkişaf etdirilməsi, onların yaradıcı qabiliyyətinin inkişaf etdirilərək stimullaşdırılması, istedadlı uşaq və gənclərin üzə çıxarılması, bölgələrin turizm potensialının təbliği məqsədi ilə keçirilir.

Müsabiqəyə qatılmaq istəyən iştirakçılar yaratdığı tablonun fotosu ilə bərabər

1.Ad və soyad /  2.Təvəllüd  /  3.Əlaqə nömrəsi  /  4.Oxuduğu məktəbin adını  qeyd etməklə                            2018-ci il aprel ayının 6-nədək  Xətai Sənət Mərkəzinin aşağıdakı ünvanlarından birinə göndərməlidir.

  1. facebook:Bakı Xetai Senet Merkezi(https://www.facebook.com/xsm.art.az/)
  2. Whatsapp: 00994513107401
  3. Instagram: xetaisenetmerkezi

4.Email: [email protected]

  1. Ünvan: Az1025. Bakı şəhəri, Xocalı pr 62.

Müsabiqəyə 17 yaşına qədər uşaq və yeniyetmələr  ən çox 3 əsər təqdim etməklə iştirak edə bilər.

Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək və uşaqların əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmamasını və  yeni  yaradılmış  əsərlərin  təqdim  olunmasını  arzu edirik.

I turdan keçmiş əsərlər sərgilənmək üçün dəvət olunacaqdır. Sərgilənən işlərin müəllifləri diplomla təltif olunacaq və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq və qaliblər  aşağıdakı 3 nominasiya  üzrə   seçilərək mükafatlandırılacaqdır.

  1. Düzgün kompozisiya
  2. Düzgün rəng  seçimi
  3. Maraqlı ideya

Müsabiqədə iştirak etmək istəyənlərə tövsiyyə olunan mövzular aşağıdakılardır:

Qazax xalçalarının təsviri

Qazaxdakı milli mədəni   və  tarixi  abidələrin, rayonun  simvollarının təsviri (Göyəzən dağı, Damcılı bulaq, Dilbaz  atı  və.s)

Yerli mətbəx nümunələrinin  və yemək süfrəsinin  təsviri

Qədim əşya və ya bölgə üçün  xarakterik  olan  qədim  geyimlərin təsviri

Qazax rayonu  üçün  xarakterik  musiqi  alətinin  təsviri

Aşıq sənətinin  və  milli  rəqslərin təsviri

Qazaxda doğulmuş  dahi  şəxsiyyətlərin obrazlarının təsviri

Hərbi vətənpərvərlik mövzusu, sərhədyanı problemlər və qəhrəmanların obrazlarının  təsviri

Yaşayış bölgəsinin, məhəllənin, küçənin, həyətin və s. təsviri

Təbiətin mühafizəsi, bölgəyə xas olan  flora və faunanın  təsviri

Müxtəlif peşə  sahiblərinin (sağıcı, xalçaçı, çoban, sürücü və s.) obrazlarının təsviri

Həmrəylik və mədəni müxtəliflik

 

Əsərlər  Bakıdakı Xətai Sənət Mərkəzində və Qazax  Dövlət  Rəsm  Qalereyasında  sərgilənəcəkdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)