5,000 AZN Qazanmaq Şansını Qaçırmayın!

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMT İP) SOCAR ilə birlikdə Milli Fəaliyyətlər Planları-NAMA layihəsi çərçivəsində yeni #GreenEnergy müsabiqəsinin başlandığını elan edir.

Onlayn müsabiqə İstixana qazlarının(İXQ) azaldılması və alternativ enerjinin rolunun artırılması ilə bağlı fikir mübadiləsi aparmaq üçün enerji səmərəliliyi üzrə innovativ düşüncəli yerli mütəxəssisləri bir araya gətirəcəkdir.

Enerji səmərəli binalar və dayanıqlı nəqliyyat sistemləri vasitəsi ilə istixana qazlarının tullantılarının azaldılması yolu ilə mövcud iqlim dəyişikliyi probleminin yeni həll yollarını tapmaqda maraqlı olanlar onlayn yarışmada iştirak etmək üçün dəvətlidirlər.

Namizədlər aşağıda göstərilən mövzulardan biri ilə bağlı təkliflərini və ya inzibati və xidməti binalarda və nəqliyyatda enerji səmərəliliyi ilə bağlı öz mövzularını avqustun 25-dək qeyd edilən ünvana göndərməlidirlər. İdeyanızın reallaşdırılması barədə fikriniz oxucuya tam aydın şəkildə çatdırılmalıdır. Şəxsi məlumatlarınızla birlikdə təklifinizi bu ünvana göndərməyiniz xahiş olunur: https://forms.gle/xndMHZq3ZkDG6vaD6.

Müraciət tarixi bitdikdən sonra ərizələrə bu məqsədlə yaradılan Münsiflər Heyəti tərəfindən baxılacaq və təqdim olunan məlumatların ilkin qiymətləndirməsi əsasında mükafatlara ən uyğun hesab olunan namizədlərin qısa siyahısı hazırlanacaqdır.

#GreenEnergy iştirakçıları üçün mövzular:

• Rəqəmsallaşma inzibati və xidməti binalarda və nəqliyyatda enerji səmərəliliyinin tətbiq edilməsini necə dəstəkləyə və sürətləndirə bilər ?
• Binalarda enerji səmərəliliyinin optimallaşdırılması və “sıfır” enerji binalarının yaranmasına səbəb olacaq bərpa olunan enerji texnologiyalarının tətbiq edilməsinin yeni yolları
• Elektrik stansiyalarındakı “tullantı” istiliyindən yaxınlıqdakı bina və qurğulara isitmə, soyutma və / və ya isti su vermək üçün istifadə edilməsi
• Şəxsi nəqliyyat vasitələrindən istifadəni azaltmaq üçün gəzinti, velosiped sürmə və ictimai nəqliyyat üçün təhlükəsiz, əlçatan seçimlər olan dizayn edilmiş şəhərdaxili yollar\məhəllələrin qarışıq dizayn həlləri
• Qeyd olunan problemlərlə bağlı digər ideyalar

Müsabiqə çərçivəsində iştirakçılar Zoom platforması vasitəsi ilə vebinarda iştirak edəcəklər. 25 avqust tarixində təşkil olunacaq vebinarda 4 xarici və yerli məruzəçilərin iştirakı nəzərdə tutulur.

İlk 3 yeri tutan iştirakçılar aşağıdakı mükafatları alacaqlar:

1-ci yer – 5,000 AZN
2-ci yer – 3,000 AZN
3-cü yer – 2,000 AZN

Bir cavab yazın

Back to top button