1 Aprel 19:33

Qazax Rayon İcra Hakimiyyətində Könüllü fəaliyyətinə sən də qoşul!

Könüllü fəaliyyətinə sən də qoşul!

Qazax Rayon İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturunda könüllülük fəaliyyətinə başlayır!
Könüllü kimi fəaliyyət göstərmək istəyən 18-29 yaş arası gənclər üçün tələb olunur:

• İntizamlılıq;
• Xoşrəftarlılıq;
• Ünsiyyətcillik;
• Operativlik;
• Kollektivdə işləmək bacarığı;
• Təşkilatçılıq;
• Təşəbbüskarlıq;
• Kompyuter bacarığı;

Könüllülük fəaliyyətinin müddəti: 2 ay
Könüllülük fəaliyyəti 2 növbədə təşkil olunacaqdır:
– 09:00-13:00 – Birinci növbə
– 14:00-18:00– İkinci növbə
Könüllü kimi müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır.
Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər 01.04.2019-cu il tarixdən 20.04.2019-cu il tarixədək aşağıdakı linkə daxil olmaqla müraciət formasını yükləyərək doldura və ” [email protected] ” e-poçt ünvanına göndərə bilərlər.
Link: http://qazax-ih.gov.az/page/66.html
Həmçinin, namizədlər Qazax rayonu Azadlıq küçəsi 78 ünvanında yerləşən Qazax Rayon İcra Hakimiyyətinin inzibati binasına gələrək sənədlərini İnformasiya təminatı və təhlili sektoruna təqdim edə bilərlər.
Qazax Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tələblərə cavab verən şəxslərlə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət olunacaqdır.

Bəyən və paylaş

Rəylər

rəy(lər)