29 Oktyabr 00:27

“Qədim Gəncə və Tarix” layihəsinə start verilir

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsində qalib olan “Qədim Gəncə və Tarix” layihəsinə start verilir

Problemin qoyuluşu: Son zamanlar gənclər arasında tarixə, tarixin qorunmasına və öyrənilməsinə maraq azalmışdır. Bunun başlıca səbəbi insanların sosial şəbəkələrdən, muasir texnaloqiya vasitələrindən daha cox istifadə etmələridir.Gənclər boş vaxtlarını daha çox çay evlərində, internet klublarda keçirirlər.Gənclər arasında tarixə və mədəniyyətə sevgi hissləri aşılamaq və tarixi öyrənib,təbliğ etmək. Gənclər arasında tarix və mədəniyyət mövzuları haqqında seminarlar təşkil edərək,gənclərə tariximiz haqqında faydalı biliklər əldə etməyə dəstək olmaqdan ibarətdir.
Layihənin əsas məqsədi Gəncə şəhərinin tarixini və mədəniyyətini gənclərin dəstəyi ilə öyrənib,təbliğ etməkdir.

Qeyd edək ki, layihə ərzində “Bizim Tarix”, “Nizaminin Yurdu Gəncə” “Tarixinlə və Mədəniyyətinlə Yaşa” və s. kimi təlim və seminarlar təşkil olunacaq. Həmçinin layihə müddətində Gəncənin müxtəlif tarixi məkanlarına və abidələrinə maraqlı və əyləncəli ekskursiyalar təşkil olunacaq.

Layihənin təlimləri və fəaliyyətləri 3 ay müddətində baş tutacaq. Layihənin açılış tədbiri və ilk təlimi 2 dekabr 2017 il tarixində baş tutacaq.
Son müraciət tarixi: 29.11.2017
Layihədə iştirak etmək üçün aşağıda qeyd olunan ərizə formasını doldurmağınız tələb olunur və yaxud aşağıda qeyd olunan elektron poçtuna “Qədim Gəncə və Tarix” başlığı altında öz cv-lərinizi göndərə bilərsiniz.

Ərizə forması: https://docs.google.com/forms/d/e/1FAIpQLSfR_NFDdIf0jbk6_DIrWNjHljbHnWpnoCZW-8YdQ-mbItbNfQ/viewform
Elektron Poçt (e-mail) : [email protected]

İştirakçıların seçim meyarı :
• Yaş məhdudiyyəti: 16-29
• Layihə dövründə iştirak edəcək şəxslər layihənin davamlılığı üçün nəzərdə tutulan fəaliyyətlərdə aktiv iştirak etməli.
• Yüksək motivasiyalı olmalı.
• Tarixi və vətəni sevməli.
• Gəncə şəhərində qalmağa şəraiti olmalı .
• Layihədə 10-cu və 11-ci sinif şagirdləridə iştirak edə bilər.

Qeyd: Seçimlər online müraciət əsasında aparılacaq. Sonda iştirakçılara sertifikat veriləcək.

Əlaqələndirici şəxs: Seymur Mirzəyev (layihə rəhbəri)
Email: [email protected]
Facebook: https://www.facebook.com/seymurmirzeyev.1995
Telefon: +994557396444

Bəyən və paylaş

Rəylər

rəy(lər)