24 Oktyabr 13:56

Qərb Universitetinin könüllülük proqramı

Əziz tələbələr, sosial aktivliyinizi göstərmək, asudə vaxtınızı səmərəli keçirmək, kollektvidə çalışmaq və ünsiyyət bacarıqlarını artıramaq istəyirsiniz o zaman Qərb Universitetinin könüllülük proqramı sizin üçündür. Müraciət et, indi başla!

Vəzifə təlimatı:

– Universitetin ictimai sosial həyatında iştirak etmək;

– Univeristet daxilində təşkil olunan tədbirlərin könüllü təşkilatçısı olmaq;
– Seminarların, layihələrin, konfransların təşkilində iştirak etmək;
– Sosial məsuliyyəti artıran və aşılayan layihələrdə Qərb Univeristetini təmsil etmək;
– Ölkəmizdə keçirilən böyük həcmli tədbirlərdə Qərb Universitetinin könüllüsü kimi xüsusi olaraq qoşulmaq;
– Məktəblilərlə iş;
– Qərb Bilik Akademiyasının tədbirlərinin təşkilində iştirak.

Müraciətlər 15 noyabra kimi qəbul ediləcəkdir.

3 aylıq könüllülük proqramını başa vuran tələbələrə sertifikat və xasiyyətnamə təqdim olunacaqdır.

Namizədlər üçün tələblər:

– İntizamlılıq;
– Xoşrəftarlılıq;
– Ünsiyyətcillik;
– Operativlik;
– Kollektivdə işləmək bacarığı;
– Təşkilatçılıq;
– Təşəbbüskarlıq;
– Kompüter bacarığı;

Müraciət üçün:

Ünvan: İstiqlaliyyət 27 (Qərb Universiteti)
Məsul şəxs: Qasımov Eltur
Email: [email protected]
Tel: +994 50 999 1991

Bəyən və paylaş

Rəylər

rəy(lər)