Qərbi Kaspi Universiteti Dövlət Sərhəd Xidməti Qoşunlarına 2 avtomobil hədiyyə edib

Qərbi Kaspi Universiteti Dövlət Sərhəd Xidməti Qoşunlarına 2 avtomobil hədiyyə edib

Qərbi Kaspi Universiteti 2 ədəd – 99 AR 759 dövlət nömrə nişanlı VAZ 21213 (“Niva”) markalı, 10 PT 154  dövlət nömrə nişanlı Nissan Navarra (“Pickup”) markalı avtomobili Dövlət Sərhəd Xidmətinin istifadəsinə hədiyyə olaraq təqdim edib.

Bununla bağlı məlumat universitetin saytında yerləşdirilib. “Məlumdur ki, işğalçı öz təcavüzkar hərəkətlərini yalnız cəbhə xəttində deyil, sərhədçilərimizin keşiyini çəkdiyi, cəbhə xətti olmayan – iki dövlətin sərhəd bölgələrində də davam etdirir və sərhədçilərimiz düşmənin təcavüzünü dəf edərək, ona layiqli cavab verir.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi-texniki bazası kifayət qədər komplektləşdirilib. Ancaq bu gün hər birimiz ordumuzun yanında olmalı, ona dəstəyimizi ifadə etməliyik. Bu məqsədlə Qərbi Kaspi Universiteti 2 ədəd – 99 AR 759 dövlət nömrə nişanlı VAZ 21213 (“Niva”) markalı, 10 PT 154  dövlət nömrə nişanlı Nissan Navarra (“Pickup”) markalı avtomobili Dövlət Sərhəd Xidmətinə cəbhə bölgəsində istifadə üçün hədiyyə olaraq təqdim edib. Ümid edirik ki, bu kiçik hədiyyə Tovuzda, Daşkəsəndə, Gədəbəydə çətin keçilən dağlıq ərazilərdə düşmən artilleriyasının altında sərhədlərimizi qoruyan sərhədçilərimizə az da olsa, kömək edəcək.
İnanırıq ki, Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğalçı Ermənistanın növbəti təcavüzünə cavab olaraq başlatdığı əks-həmlə əməliyyatları nəticəsində torpaqlarımız düşmən tapdağından azad olunacaq, üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacaq və Azərbaycan dövlətinin bütün sərhədləri tam şəkildə nəzarətə götürüləcək.
Səninləyik Ali Baş Komandan! Səninləyik Azərbaycan Əsgəri!” – deyə məlumatda bildirilir.

Bir cavab yazın

Back to top button